Mehmanxanalarda nöqsanlar aşkarlanıb

Mehmanxanalarda nöqsanlar aşkarlanıb
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələrinin daxil olduqları monitorinq qrupu tərəfindən Azərbaycanın bir neçə bölgəsində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə aparılmış monitorinqlərin nəticələri açıqlanıb.

SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, iyunun 20-dən başlayan monitorinqin gedişində Qax, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı, Xaçmaz, Qusar, Quba, Lənkəran, Lerik və Masallı rayonlarında fəaliyyət göstərən obyektlərə baxış keçirilib: "Məlum olub ki, bu bölgələrdə fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsi və qiymətlər müxtəlifdir.

Bölgələrdə bir çox mehmanxanaların xəbərdarlıqlara baxmayaraq lisenziyasız fəaliyyət göstərdikləri də məlum olub. Araşdırmalar zamanı obyektlərinin əksəriyyətinin primitiv şəkildə tikildiyi, çalışanların peşə hazırlığının olmamağı, mehmanxana və mehmanxana tipli obyektlərin bir çoxunda qeyd-qəbul bölməsinin olmamağı kimi nöqsanlar da aşkarlanıb.

Ancaq şimal bölgəsində 35 faiz, cənub bölgəsində 30-40 faiz, şimal-qərb bölgəsində isə 45 faiz obyektin müasir standartlara cavab verdiyi məlum olub".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com