Hidrometeoroloqlar ölkə ərazisində havanın temperaturunun 44 dərəcəyədək yüksələcəyi haqda proqnoz verdilər. Son günlər müşahidə olunan dəhşətli istilərin hələ avqust ayının 2 -3 - nə kimi davam edəcəyi bildirilir. Ölkə ərazisində iş isə əvvəlki qaydada davam edir. Paytaxt ərazisində apardığımız müşahidələr zamanı tikintilərdə, yol çəkilişlərində, təmir işlərində çalışan fəhlələrin əvvəlki qaydada işlədiyini gördük. Yayın bu qızmar çağında gah yol kənarında, gah da asfaltın tən ortasında fəhlələrin işlədiyini görürük. Əvvəla qeyd edək ki, havanın istiliyi qaydalara əsasən kölgədəki temperatura görə təyin edilir. Temperatur kölgədə 41 dərəcə göstərirsə, deməli, açıq havada 45-49 dərəcə istilik var. Ancaq açıq havada gedən işlər nəinki dayandırılır, əksinə sanki iş icraçıları qızmar havanı gözləyirmiş kimi ən ağır işləri günün ən isti saatlarında gördürürlər.
Temperatur hələ 45-ə çatmadığı üçün iş davam edir
Əmək Məcəlləsində hər bir işəgötürənin üzərinə işçinin sağlamlığının qorunması və əməyin mühafizə qaydalarına əməl edilməsi vəzifə kimi qoyulub. Əmək Məcəlləsinin 233-cü maddəsinə görə, havanın temperaturu 45 dərəcədən artıq qeydə alındıqda işəgötürən səlahiyyəti daxilində əməyin mühafizəsi ilə bağlı tədbir görməlidir. Bundan ötrü hökumətin xüsusi qərar qəbul etməsinə ehtiyac yoxdur. Mövcud qanunvericiliyə görə, havanın temperaturu 45 dərəcədən çox olduqda, açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir. İşçilərə fasilələrin verilməsi iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir. Əgər havanın temperaturu uzun müddət belə davam etsə, iş ümumiyyətlə dayandırılır.
İşçilər özləri işləmək istəyir
Müraciət etdiyimiz əksər tikinti şirkətləri isə işçilərin özlərinin işi dayandırmaq istəmədiklərini dedilər.
\"Rəvan\" tikinti şirkətindən bildirildi ki, şirkət həm kəskin istilərdə, həm də soyuqda açıq havada fəhlələrin işləməsini yasaqlayır: \"Ancaq fəhlələrin çoxu saat hesabı məvacib aldıqlarına görə heç bir amili nəzərə almayaraq işləmək istəyirlər\".
İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsinə əsasən, işçilər üçün normal iş şəraiti yaradılmalıdır. Bunu nəzərə almayan tikinti sahibkarlarını 1000 manatdan 2000 manata qədər cərimə gözləyir\".
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov SİA-ya bildirdi ki, temperaturun 45 dərəcəyə çatması Azərbaycanda çox nadir hallarda baş verən anormal hadisədir: "Ona gərə də qanunvericilikdə dəyişikliyə ehtiyac var. Temperaturla bağlı yuxarı hədd aşağı salınmalı və temperatur 40 dərəcəyə çatanda işin dayandırılması göstərilməlidir. Ümumiyyətlə havanın hərarəti ilə bağlı proqnozlar hər zaman yanlış, 40 maksimum 42 dərəcə göstərilir. İndiyə kimi heç vaxt temperaturun 45 dərəcə olacağı ilə bağlı proqnoz verilməyib. Bu qeyri-real bir rəqəmdir və məqsədli xarakter daşıyır. Hələ Sovet dövründən belə bir təcrübə mövcuddur ki, işin dayandırılmamağı üçün proqnoz yanlış verilir".
Məqsədyönlü proqnoz
İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova isə bildirdi ki, havanın hərarəti yüksək olduqda işçi israr etsə belə, işdən uzaqlaşdırılmalıdır: "İstənilən halda məsuliyyəti işəgötürən daşıyır və problem yaranarsa o cəzalandırılmalıdır. İşçilərin çoxu öz hüquqlarını bilmir. Hava şəraitindən asılı olmayaraq fasiləsiz, adi günlərdə olduğu kimi işləyirlər. Əslində isə işçi bilməlidir ki, əgər havanın hərarəti 40 dərəcəyə çatıbsa, o həmin günü könüllü olaraq işə çıxmamalı və ərizə yazmaqla bu barədə müdiriyyətə məlumat verməlidir. İşə çıxmadığı günün pulu əvvəlki qaydada ona ödənilməlidir. Bu günlərdə havanın hərarəti yüksək olduğu üçün avtomatik olaraq təhlükəli yerlərdə iş dayandırılmalıdır. Ancaq buna əməl edən yoxdur. Bilmək lazımdır ki, bu cür hava şəraitində hər hansı bir hadisə baş verərsə işəgötürən cinayətə cəlb oluna bilər\".
İ.Cavadova bu günlərdə yolda, tikinti sahəsində, tarlada, qapalı yerlərdə, zirzəmidə və bu kimi şəraiti əlverişsiz olan yerlərdə 40 dərəcədən artıq temperaturda işləməyim yasaq olduğunu dedi: \"İşçilər əlverişli şəraitdə, kondisioner olan sərin otaqlarda çalışırlarsa, işin dayandırılmasına ehtiyac yoxdur\".
Nazirlər Kabinetindən isə bildirildi ki, hər sey qanunla tənzimlənir və Əmək Məcəlləsindəki müddəalar elmi cəhətdən əsaslandırılıb: "Əmək Məcəlləsində göstərilən temperatur həddi ölkədə qeydə alınarsa işin dayandırılması ilə bağlı qərar veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 23:02Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



