Allahşükür Paşazadə: “Avropada “Quran”ın yandırılması onu göstərir ki, inkişaf edən xalqlarda mənəvi cəhətdən çatışmazlıqlar var”
Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən tədbirdə QMİ-in sədri Norveçdə törədilən terrora öz münasibətini bildirib. SİA-nın məlumatına görə, sədr bu kimi terror aktlarının narahat doğurduğunu qeyd edib.
"Təəssüf ki, bu qədər insanı qətlə yetirən şəxs öz günahını bilmir. Avropada mühit görün hansı həddə çatıb ki, baş verənlərdə yenə də İslamafobiya axtarırlar",- deyə A. Paşazadə əlavə edib.
Şeyxin sözlərinə görə, Avropada "Quran"ın yandırılması ilə müşayiət olunan proses onu göstərir ki, inkişaf edən xalqlarda mənəvi cəhətdən çatışmazlıqlar var.
Qeyd edək ki, Norveç vətəndaşı olan xristian Anders Breyvikin ardıcıl törətdiyi iki terror aktında son məlumatlara görə, 76 nəfər həlak olub, xeyli insan yaralanıb.
A. Paşazadə PKK terror təşkilatının fəaliyyətini də pisləyib, ona qarşı mübarizədə Azərbaycanın Türkiyənin yanında olduğunu söyləyib: "Azərbaycan terrordan əziyyət çəkir, terrorun nə olduğunu yaxşı bilir. Ermənistanın azərbaycanlıların qəbirlərini, abidələrini dağıtması da terrordur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB