Yasamala işıq verildi
Bakının Yasamal rayonunun böyük bir hissəsinin Hüseyn Cavid prospekti, Firudin Ağayev, Ələsgər Ələkbərov, Lətif İmanov, Landau küçələri, metronun \"Elmlər Akademiyası\" stansiyasının ətrafının tamamilə işıqsız qalması ilə bağlı məlumat yayılıb. Verilən məlumata görə, gecə saatlarında rayonun böyük hissəsini işıqla təmin edən 114 saylı stansiyada qəza baş verib və nəticədə bu stansiyadan qidalanan bütün məntəqələr işıqsız qalıb.


Ancaq "Bakıelektrikşəbəkə" ASC mətbuat xidmətinin əməkdaşı Nəsimi Paşayevin SİA-ya verdiyi məlumata görə, sözügedən ərazidə səhər saatlarında problem yaranıb, ancaq problem qısa müddətdə aradan qaldırılıb: "Ehtiyat kompressorlar vasitəsi ilə enerji verilişi bərpa edilib. Hazırda Yasamal ərazisində elektrik verilişi ilə bağlı heç bir problem yoxdur".




Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com