Havanın temperaturu 44 dərəcəyədək yüksələcək

Havanın temperaturu 44 dərəcəyədək yüksələcək
Dəhşətli istilər davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti kəskin istilərlə bağlı əhalini bir daha xəbərdar edib. SİA-nın nazirliyə istinadən verdiyi məlumata görə, avqust ayının 03-dək kəskin isti hava şəraiti davam edəcək: "Maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 38-40 dərəcəyə, yarımadanın bəzi yerlərində 42 dərəcəyədək yüksələcəyi gözlənilir. Aran rayonlarında və Naxçıvan MR-da 38-42 dərəcə, bəzi yerlərdə 44 dərəcə, dağlıq rayonlarda 35-38 dərəcəyədək yüksələcəyi gözlənilir. Sabah Bakıda və Abşeron yarımadasında cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-27 dərəcə, gündüz 37-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq. Rayonlarda zəif şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 35-40 dərəcə, bəzi yerlərdə 43 dərəcə, dağlarda gecə 18-23 dərəcə, gündüz 31-36 dərəcə isti təşkil edəcək".


Qurumdan o da bildirilir ki, tropik hava kütlələrinin davamlı olaraq ölkə ərazisinə daxil olması nəticəsində Abşeron yarımadasında müşahidə olunan kəskin isti hava şəraiti günorta saatlarında əksər əhali üçün xüsusilə meteohəssas insanlar üçün əlverişsizdir: "Günün qızmar vaxtı əhalinin daha həssas qrupu olan uşaqlar, yaşlılar və xəstə insanlara açıq havada olmaq məsləhət görülmür".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com