Brakonyerlərdən 66 ədəd ov silahı götürülüb

Brakonyerlərdən 66 ədəd ov silahı götürülüb
Bu il brakonyerliklə məşğul olan şəxslərdən 66 ədəd ov silahı götürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, 56 şəxs barəsində akt və protokol tərtib edilib 50600 manat məbləğində cərimə tətbiq olunub: "Xüsusi mühafizə olunan təbiət ərazilərində isə qanun pozucularına qarşı 352 akt, 139 protokol tərtib olunub, 76690 manat cərimə tətbiq edilib. 23 iş hüquq-mühafizə orqanlarına, 58 iş rayon məhkəmələrinə və məhkəmə icraçılarına göndərilib".


Qeyd edək ki, hazırda, ölkəmizdə ümumi sahəsi 880975,6 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 8 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,2 faizini təşkil edir.



Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com