29 yaşayış məntəqəsində sutəmizləyici qurğular quraşdırılıb

29 yaşayış məntəqəsində sutəmizləyici qurğular quraşdırılıb
2011-ci ilin 6 ayı ərzində əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə 45 min əhalisi olan 29 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, hazırda bu istiqamətdə işlər davam edir: "Bakı və onun ətraf ərazilərində yaşıllıqların salınması və ətraf mühitin sağlamlaşdırılması istiqamətində də müvafiq işlər görülür, magistral avtomobil yollarının kənarlarında ümumilikdə, 170 hektar sahədə 206 780 ədəd ağac və kol cinsləri əkilib. Meşələrin artırılması və bərpası istiqamətində 1335 hektar sahədə meşə əkini və səpini, 15893 hektar sahədə xidmət, 13636 hektar sahədə suvarma işləri aparılıb, 14284 kq toxum tədarük edilib. 49,34 hektar sahədə toxum səpilib, 38,98 hektar sahədə 1495 min ədəd toxmacar, 22 hektar sahədə 1089 min ədəd çilik basdırılıb, 1372 hektar sahədə isə torpaq hazırlığı işləri aparılıb".


Bütün xəbərlər Facebook səhifəmizdə