Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi suya həsrət qalanlarda ümid çırağı yandırdı. Paytaxt ərazisində illərlə su qıtlığından əziyyət çəkənlər Qəbələ suyu Bakıya ötürüləndən sonra fasiləsiz və keyfiyyətli su ilə təmin olunacaqlarını düşünürdülər. Ancaq 2010-cu il dekabrından rəsmi açılışı baş tutan kəmərlə ötürülən su ətrafında müxtəlif söz-söhbətlər dolaşmağa başladı.
Kimi suyun verilişindən sonra heç bir dəyişikliyin olmadığından, kimi Qəbələ suyunun keyfiyyətinin aşağı olmasından, kimi də bu suyun tərkibində yod olmamağı səbəbindən insan səhhətində ciddi problemlərə yol acacağından danışırdı. SİA olaraq məsələyə aydınlıq gətirmək məqsədi ilə mütəxəssislərə müraciət etdik.
Paytaxt ərazisinə saniyədə 4,3 kub metr su ötürülür
\"Azərsu\" Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oğuz-Qəbələ-Bakı kəməri ətrafında gəzən söz-söhbətin reallığı əks etdirmədiyini deyir: "Bu gün dünyada içməli suyun bir neçə əsas keyfiyyət standartları mövcuddur. Bunlar Ümumdünya Səhiyyə Təşkilatının, Avropa İttifaqının, ABŞ-ın və Rusya Federasiyasının standartlarıdır. Bu standartların heç birində yod elementi normalaşdırılmır. Yəni içməli suda yodun nə qədər olması haqqında heç bir göstərici yoxdur. Bu standartlarda yoda yaxın olan ftoridlər normalaşdırılır ki, Oğuz suyunda da ftor norma hüdudundadır. Qəbələ suyu bir çox sulardan keyfiyyətlidir, suyun codluğu və tərkibi beynəlxalq normalara tam uyğundur".
A.Cəbrayıllı Oğuz Qəbələ-Bakı kəməri vasitəsi ilə paytaxt ərazisinə saniyədə 4,3 kub metr su ötürüldüyünü deyir: "Hazırda Bakı şəhərinin suya olan tələbinin 30 faizini Qəbələ kəməri vasitəsi ilə ödənir. Oğuz-Qəbələ-Bakı kəməri ilə Bakı şəhərinə öz axını ilə verilən su paytaxtın Yasamal və Nəsimi rayonlarını bütövlükdə, Səbail, Nərimanov və Binəqədi rayonlarının əksər hissəsini, Nizami, Xətai və Sabunçu rayonlarının isə bir hissəsini təmin edir. Məsələn hazırda kəmər fəaliyyətə başlayandan sonra Yasamal rayonunun 85-90 faizi fasiləsiz su ilə təmin olunub. Batamdarın, uzun illər susuzluq problemindən əziyyət çəkən "20 sahə"nin, Binəqədi qəsəbəsinin, Hövsanın su problemi tam həll olunub. Bu gün su verilişində problem hiss olunan ərazilər yalnız şəhərin şəbəkə ilə bağlı problemləri olan hissələridir. Həmin ərazilərə su fasilələrlə verilir. Ancaq Prezident İlham Əliyevin imzaladığı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində paytaxtın 76 faiz ərazisinin fasiləsiz su ilə təmin olunacağı nəzərdə tutulub və bu istiqamətdə işlər görülür. Ümumiyyətlə, 2012-ci ilə qədər Oğuz-Qəbələ-Bakı su kəmərinin gücünü 5 kubmetr/saniyəyə çatdırılması planlaşdırılır".
Suyun tərkibinə ciddi nəzarət var
Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) kommunal gigiyenası bölməsinin müdiri Leyla Tağızadə isə bildirdi ki, içməli suyun keyfiyyətinə ciddi sürətdə nəzarət olunur: "Hətta respublika ərazisindəki bütün göllərdə də yoxlanılır. Oğuz-Qəbələ-Bakı kəmərinin tikintisi zamanı suyun keyfiyyəti analiz olunub və bu iş hazırda da davam edir. Hər ay həm Ceyranbatan Su Anbarında, həm də Kürdə analizlər aparır. 3 saat müddətində anbardan və çaydan götürülən su nümunələri xüsusi soyuducularda GEM-in mərkəzi ofisindəki laboratoriyaya gətirilir, burada həmin nümunələr sanitar-kimyəvi, sanitar-bakterioloji müayinələrdən keçirilir. İçməli suyun hər rüb radioloji və toksikoloji müayinələr də aparılır. Nəticə qane edici olmasa "Azərsu"ya məktub ünvanlanır və yaxud da yerindəcə cərimələmə həyata keçirilir" .
Məqsəd əhalinin suya olan tələbatını ödəməkdir
Qeyd edək ki, uzunluğu 252 km. olan bu kəmərin çəkilməsində əsas məqsədi Oğuz-Qəbələ ərazisindəki yeraltı su mənbələrini istifadə etməklə Bakı şəhərinə saniyədə 5 kubmetr həcmində su nəql etmək və əhalinin yüksək keyfiyyətli su ilə təmin etməkdir. Bunun üçün təxminən 150 metr dərinlikdə və 350 mm diametrində olan 75-ə qədər istismar quyusundan ibarət sugötürücü qurğu və 7 su anbarı tikilib. Eyni zamanda Bakının 11 məntəqəsində məhəllədaxili su nasos stansiyaları quraşdırılıb. Kəmər daxilində avtomatik nəzarət sistemləri quraşdırılıb ki, bu sistemin köməyi ilə baş verə biləcək qəzalar qısa müddət ərzində aradan qaldırır. Kəmərin Bakı hissəsində isə paylayıcı qurğular quraşdırılıb. Bu qurğular vasitəsilə paytaxta gələn suyun idarə olunmasının asanlaşması nəzərdə tutulub.
Onu da deyək kİ, kəmərlə Bakıya çatan su dəniz səviyyəsindən 152 metr hündürlükdə yerləşən Alatava su anbarına toplanır. Oradan isə paytaxta paylanır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB