“Yay məktəbi” layihəsi uğurla həyata keçirilir

“Yay məktəbi” layihəsi uğurla həyata keçirilir
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkil etdiyi "Yay məktəbi" davam edir. SİA-nın məlumatına görə, YAP Gənclər Birliyinin təşkil etdiyi layihədə bu il 600-dən yuxarı gənc iştirak edir. Artıq "Yay məktəbi"nin 3-cü mərhələsi başlayıb. Layihə çərçivəsində gənclərdən ibarət 50-55 nəfərlik qruplar Lerik, Qəbələ və Oğuzda 5 gün ərzində maraqlı vaxt keçirirlər. Onlar tanınmış şəxslərin iştirakı və müxtəlif diskussiya və dəyirmi masalarda iştirak edir, sosial şəbəkələrdə "Yay məktəbi" ilə əlaqədar geniş proqramlar ortaya qoyurlar. Gənclərin asudə vaxtının səmərəli təşkili ilə üçün müxtəlif proqramlar da təşkil olunur. Layihə iştirakçılarının istirahəti daha maraqlı etmək üçün Azərbaycanın görməli yerlərinə ekskursiyalar da təşkil olunur.
Qeyd edək ki, "Yay məktəbi" avqustun əvvəllərində öz fəaliyyətini yekunlaşdıracaq. Yay məktəbində respublikanın bütün rayonlarından olan gənclər iştirak edir. Qış aylarında isə gənclər üçün "qış məktəbi" layihəsinin keçirilməsi nəzərdə tutulur.


Bütün xəbərlər Facebook səhifəmizdə