Ceyhun Osmanlı: “Ermənistan prezidentinin öz gənclərini terrora səsləməsi sadəcə təəssüf doğurur”

Ceyhun Osmanlı: “Ermənistan prezidentinin öz gənclərini terrora səsləməsi sadəcə təəssüf doğurur”

"Ermənistanda 25 iyul 2011-ci il tarixində keçirilən erməni dili və ədəbiyyatı müsabiqəsində şagirdlərdən birinin verdiyi suala prezident Serj Sarkisyanın verdiyi cavabı növbəti bir məsuliyyətsiz bəyanat kimi dəyərləndirirəm". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Ceyhun Osmanlı bildirib.

Onun sözlərinə görə, bu gün Ermənistan rəhbərliyində məhz belə insanın təmsil olunması təəssüfedici bir məqamdır: "Ermənistan prezidentinin öz gənclərini terrora səsləməsi sadəcə təəssüf doğurur. Bu zəmində bu gün bütün dünya terroru pislədiyi halda məhz birbaşa fəaliyyəti boyu terrorla məşğul olan bir insanın bəyanatlarının ciddiliyinə şəxsən böyük şübhə ilə yanaşıram".

Millət vəkili hesab edir ki, öz ictimaiyyətini, xüsusilə gəncləri sülh, əminamanlıq və rifah dolu gələcək üçün hazırlamaq dövlət adamlarının əsas vəzifələrindən biri olmalıdır. O, eyni zamanda qeyd edib ki, bu cür bəyanatlar rəsmi Bakının bir daha intensiv olaraq müharibəyə hazırlaşmasının çox düzgün addım olmasını göstərir.

O, qeyd edib ki, bütün hadisələrin fonunda Ermənistanın inkişafdan geri qalması fonunda Azərbaycanın inkişaf etməsi Ermənistan cəmiyyətini düşündürməlidir: "Bu cür bəyanatları səsləndirməkdənsə ölkə daxilində artıq ifrat səviyyəyə çatan miqrasiya probleminə diqqət yetirsinlər. Gənclərin digər ölkələrə getməsi əslində ölkənin sonu deməkdir. Çünki, gənclərsiz ölkənin inkişafı, gələcəyi mövcud ola bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə