Anomal hava şəraiti ayın sonuna kimi davam edəcək

Anomal hava şəraiti ayın sonuna kimi davam edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti əhalini xəbərdar etdi.

Qurumdan SİA-ya verilən məlumata görə, iyul ayının sonunadək ölkə ərazisində anomal isti hava şəraiti davam edəcək. Temperatur Bakıda və Abşeron yarımadasında 38-40, aran rayonlarında və Naxçıvan MR-da 38-40, bəzi yerlərdə 42 dərəcə, dağlıq rayonlarda 31-36 dərəcə isti təşkil edəcək.

Sabah isə Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli keçəcək. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27 dərəcə isti, gündüz 36-40 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 28-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27 dərəcə isti, gündüz 35-40 dərəcə isti, bəzi yerlərdə 42 dərəcəisti, dağlarda gecə 17-22 dərəcə isti, gündüz 30-35 dərəcə isti təşkil edəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com