Strateji Araşdırmalar Mərkəzində “İrəli” Tədqiqatlar Mərkəzinin dəstəyi ilə nəşr edilən kitabların təqdimatı keçirilib - FOTOSESSİYA

Strateji Araşdırmalar Mərkəzində “İrəli” Tədqiqatlar Mərkəzinin dəstəyi ilə nəşr edilən kitabların təqdimatı keçirilib - FOTOSESSİYA

Azərbaycan Respublikası Prezident yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "İrəli" Tədqiqatlar Mərkəzinin dəstəyi ilə nəşr edilən "Cahiliyyət dövrünün ərəb sivilizasiyası" və "İslam nöqteyi-nəzərindən nigah və cinsi həyat" adlı kitablarının təqdimetmə mərasimi keçirilib. SİA-nın xəbərinə görə, "İrəli" İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Ceyhun Osmanlı deyib ki, gənc alimlər tərəfindən kitabların yazılması müsbət haldır. Hazırda gənclərin kitaba olan münasibəti barədə danışan C.Osmanlı bildirib ki, bu gün gənclərin ciddi mövzularda tədqiqat aparmasına ehtiyac var. Təmsil etdiyi qurumun bu il ərzində 10-a yaxın kitabın çapına dəstək verdiyini vurğulayan C.Osmanlı bildirib ki, gənclər tərəfindən yeni nəşrlərin ərsəyə gəlməsi ədəbiyyatın zənginliyinə öz töhvəsini verəcək.

"Cahiliyyət dövrünün ərəb sivilizasiyası" kitabının müəllifi Eldar Əmirov kitab haqqında geniş məlumat verib. Onun sözlərinə görə, kitabda qədim ərəb sivilizasiyasının formalaşması, onun inkişaf xüsusiyyətləri, həmçinin İslamın gəlişindən əvvəl Ərəbistanda mövcud olan siyasi, mədəni və ideoloji mühit xüsusi tədqiqat predmeti qismində önə çəkilib.

"İslam nöqteyi-nəzərindən nigah və cinsi həyat" kitabının müəllifi Arif Abdullah isə nəşrdə gənclərin islami qaydaya uyğun olaraq gələcək həyatlarının qurması barəsində töhvə verəcək məlumatların yer aldığını vurğulayıb. O, qeyd olunan məsələlərin zaman üçün aktuallıq kəsb etdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə