Bu il Həcc ziyarətinə getmək neçəyə başa gələcək?

Bu il Həcc ziyarətinə getmək neçəyə başa gələcək?
Bu il Həcc ziyarətinə getmək üçün Azərbaycana 2 min nəfərlik kvota ayrılıb. Bu barədə məlumatı Qafqaz Müsəlmanlar İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova verdi: "Artıq Həccə getmək istəyən zəvvarlardan sənəd qəbulu başlayıb. Sənədlərin qəbulu sentyabr ayının əvvəlinə kimi davam edəcək. Əgər zərurət yaranarsa bu proses sentyabrın ortalarına kimi uzadıla bilər. Qeyd edim ki, bu il müqəddəs yerləri ziyarət etmək avtobusla 2650 manata, təyyarə ilə 3650 manata başa gələcək. Avtobuslar Gürcüstan – Türkiyə - Suriya - İordaniya – Səudiyyə Ərəbistanı reysi ilə hərəkət edəcək. Təyyarə reysləri isə Bakı-Ciddə, Mədinə - Bakı reysləri ilə hərəkət edəcək. Aviareyslərin oktyabrın 28 və 31-i havaya qalxacaq. Əgər Seriyadakı vəziyyətdə gərginlik olarsa alternativ reyslərdən də istifadə oluna bilər".


Bütün xəbərlər Facebook səhifəmizdə