Obama Norveç xalqına başsağlığı verib

Obama Norveç xalqına başsağlığı verib

ABŞ prezidenti Barak Obama norveçlilərə baş sağlığı vermək üçün Norveçin səfirliyinə gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, prezident Barak Obama çərşənbə axşamı Norveçin Vaşinqtondakı səfirliyinə gələrək, baş sağlığı kitabında qeydlər edib.

Bu barədə dövlət başçısını müşayiət edən prezidentin mətbuat xidmətinin əməkdaşları xəbər veriblər. Ağ Ev prezidentin Norveç səfirliyinə baş çəkəcəyi barədə əvvəlcədən xəbər yaymamışdı.

Qeyd edək ki, iyulun 22-də Norveçdə baş vermiş terror aktı nəticəsində 92 nəfər həlak olub, 96-sı isə ağır yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə