“İRƏLİ” İctimai Birliyinin nümayəndələri Norveç səfirliyində olublar

“İRƏLİ” İctimai Birliyinin nümayəndələri Norveç səfirliyində olublar

26 iyul 2011-ci il tarixində "İRƏLİ" İctimai Birliyinin nümayəndələri Norveçin paytaxtı Osloda və Utoya adasında 23.07.2011 tarixində baş vermiş terror aktları qurbanlarının xatirəsinə olan hörmət və ehtiramı bildirmək üçün Norveç səfirliyində olublar.

SİA-nın xəbərinə görə, "İRƏLİ" İctimai Birliyinin baş katibi Rauf Mərdiyev şəxsən öz adından və "İRƏLİ" İctimai Birliyinin üzvləri adından səfir Erlinq Şönberqin simasında bütün norveç xalqına hüznlə başsağlığı vermiş, hüzn kitabına ürək sözlərini yazıb.

"İRƏLİ" İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı da öz növbəsində səfirə başsağlığı məktubunu göndərib.

Bütün xəbərlər Facebook səhifəmizdə