Kür üzərindən keçən, 30 kəndi birləşdirən yeni körpünün təməli qoyulub - FOTOSESSİYA
Sabirabad rayonun Cavad kəndində Kür çayı üzərindən keçən, 30 kəndi birləşdirən yeni körpünün təməlqoyma mərasimi keçirilib.
SİA-nın Aran bürosunun verdiyi məlumata görə, ölkə başçısı İlham Əliyev Sabirabad rayonuna 25 may 2011-ci il tarixdə səfər edən zaman yerli sakinlər rayon mərkəzinə gəliş-gedişin çətin olduğunu bildiriblər. Prezidentin imzaladığı sərəncama əsasən həmin körpünün inşa olunmasına 2 milyon vəsait ayrılıb. Bu gün körpünün tikilməsinin təməl qoyma mərasimi keçirilib.
Tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, millət vəkilləri Rüstəm Xəlilov, Əhliman Əmiraslanov, Ceyhun Osmanlı, "Meliorasiyavə Su Təsərrüfatı"ASC-nin sədr müavini Zakir Quliyev iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Rayon rəhbərliyi eləcə də qonaqlar təməli qoyulan körpünün əhəmiyyətindən, insanların rifahının yaxşılaşmasında mühüm rol oynamasından və prezident İlham Əliyevin sabirabadlılara diqqətinin təzahürü olduğunu bildiriblər.
Kənd ağsaqqalı Hacı Mirfazil çıxışında ölkə başçısının 25 mayda rayona gəlişində zəhmətkeşlərlə görüşü zamanı 35 minlik əhali adından körpünün tikilməsi üçün etdiyi xahişin yerinə yetirilməsində razılığını qeyd edib.
Çıxış edən digər sakinlər də Sabirabadın tarixində əlamətdar hadisə oldugunu bildirərək son 2 ayda rayonun inkişafı barədə prezidentin 4 sərəncam imzalanmasını minnətdarlıqla qarşıladıqlarını bildiriblər.
Tikintini həyata keçirən "Gəncə Körpü" tikinti idarəsinin mühəndisi Mahir Seyidov körpünün 1 ilə tikintisinin nəzərdə tutulmasına baxmayaraq, bü ilin sonuna qədər istifadəyə verəcəklərini bildirib.
Körpünün uzunluğu 153 metr, gediş-gəliş zolağının sayı 2, 8 aşırımdan ibarət hər birinin uzunluğu 18 metr olacaq. Körpünün yükgötürmə qabiliyyəti 2000 ton olacaq. Təməlqoyma mərasimi başa çatdıqdan sonra qurbanlar kəsilib.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB