Səbailli yeniyetmələr avqustun 1-dən Qubaya istirahətə göndəriləcək

Səbailli yeniyetmələr avqustun 1-dən Qubaya istirahətə göndəriləcək

Səbail rayon İcra Hakimiyyəti (RİH) avqustun 1-dən rayondakı aztəminatlı, imkansız ailələrdən olan, müxtəlif səbəblərdən yayda istirahərə gedə bilməyən uşaqları Qubada istirahətə göndərəcək. Bu barədə SİA-ya Səbail RİH-in İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri İsrafil Kərimov məlumat verib. O bildirib ki, uşaqlar avqustun 1-i saat 09:00-da "Sahil bağı"ndan yola düşəcəklər.

"Yay aylarında Səbail rayon İcra Hakimiyyəti tərəfindən rayondakı orta məktəblərin, uşaq-gənclər idman məktəbinin, yaradıcılıq mərkəzlərinin imkanlarından və bazalarından istfadə olunmaqla idman yarışlarının, müxtəlif müsabiqə və intellektual oyunların keçirilməsi, yeniyetmələrin rayondakı muzey və teatrlara ekskursiyaları təşkil edilir. Məktəblilərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili ilə bağlı Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü, Quba rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunlar Komandanlığı və "Çağ" Öyrətim Şirkətinin birgə layihəsi əsasında təşkil olunacaq. Avqustun 1-də rayonun Qababağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə fərqlənən şagirdlər, həmçinin "SOS-Azərbaycan" uşaq kəndində tərbiyə alan, ümumilikdə 200 nəfər yeniyetmə üçün Quba şəhərinin ən mənzərəli yerində yerləşən Bakı Türk Liseyinin Quba filialının bazasında yaradılan hərbi-vətənpərvərlik təmayüllü, artıq ənənəvi olan və 6-cı dəfə keçirilən "Şahinlər" yay istirahət düşərgəsinə yola salınacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə