Azərbaycanlı gənclər Rumıniyanın Demokrat Liberal Partiyası Gənclər Birliyinin bir qrup nümayəndə heyəti ilə görüşblər - FOTOSESSİYA
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkil etdiyi "Yay məktəbi" çərçivəsində Oğuz rayonunda istirahət edən gənclərlə Rumıniyanın Demokrat Liberal Partiyası Gənclər Birliyinin bir qrup nümayəndə heyəti ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu söyləyib. O, həm Rumıniyanın Demokrat Liberal Partiyası, həm də Yeni Azərbaycan Partiyası gəncləri arasında dostluq münasibətlərindən, qarşılıqlı əməkdaşlıqdan, strateji münasibətlərindən danışıb. S.Orucov ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin dərin köklərindən bəhs edib: "Rumıniya Azərbaycanın müstəqilliyini ikinci tanıyan ölkə kimi xalqımız tərəfindən daim hörmət qazanıb. Bu görüşü də köhnə dostların görüşü kimi qiymətləndirmək olar. Yeni Azərbaycan Partiyasının nümayəndələri Rumıniyada olduğu zaman çox gözəl və səmərəli görüşlər keçirib. Bu gün də həmin görüşlərin və söhbətlərin təsiri altındayıq. Düşünrəm ki, münasibətlər bizim əlaqələrimizin dairəsini genişləndirdiyini və həyatımızın bütün sahələrini əhatə etdiyini göstərir".
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri və Oğuzda olan qrupun sədri Hüseyn Paşayev çıxış edərək öz növbəsində qonaqlara arzu və istəklərin çatdırıb. O, çıxışı zamanı Azərbaycanın hakim partiyası ilə ölkəsinin hakim partiyası arasındakı əlaqələrin müxtəlif istiqamətlər üzrə inkişafından və bundan hər iki ölkə xalqlarının müsbət mənada yararlandığından bəhs edib.
"Səs" qəzetinin baş redaktoru və "Səs" İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev isə öz növbəsində onların gənclik potensialının dostluğa yönəlməsini tövsiyə edib. O qeyd edib ki, hər iki partiya gənclərinin əməkdaşlığı dövlətlərarası dostluq münasibətlərinin inkişafına da təkan verir.
YAP-nın Naxçıvan təşkilatının icra katibi, Naxçıvan MR-nın Ali Məclisinin deputatı Anar İbrahimov da iki ölkə gəncləri arasındakı qarşılıqlı əməkdaşlıq və dostluq münasibətlərindən danışıb. O, bu səfərin gələcək münasibətlərin daha da inkişaf etməsinə şərait yaradacağını söyləyib.
Rumıniyanın hakim partiyasının gənclər təşkilatının rəhbəri çıxış edərək öncə tədbir iştirakçılarını salamlayıb və qonaqpərvərlik üçün təşəkkür edib. Daha sonra o, bütün qonaqları təqdim edib. Qonaq çıxışının davamında Azərbaycanla Rumıniyanın dostluq və qardaşlıq münasibətlərindən danışıb: "Rumıniya ilə Azərbaycan qardaş ölkələrdir və Rumıniya burada gedən sosial-iqtisadi inkişafa, irəliləyişə hər zaman sevinir. Siz də bir neçə dəfə Rumıniyada səfərdə olmusunuz və bu səfərlərin də hər zaman xoş töhfələri olub. Azərbaycan da, öz növbəsində, Rumıniya ilə qarşılıqlı əlaqələrin yüksək səviyyədə inkişaf etdirilməsinə çalışır. İnanıram ki, bu səfər münasibətlərin daha da inkişaf etdirilməsinə, həmçinin dövlətlərarası əlaqələrə daha da təkan verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB