SAM-da “İRƏLİ” Tədqiqatlar Mərkəzinin dəstəyi ilə nəşr olunan kitabların təqdimatı olacaq

SAM-da “İRƏLİ” Tədqiqatlar Mərkəzinin dəstəyi ilə nəşr olunan kitabların təqdimatı olacaq

İyulun 27-də Strateji Araşdırmalar Mərkəzində (SAM) "İslam nöqtəyi - nəzərindən nikah və cinsi həyat" və "Cahiliyyət dövrünün ərəb sivilizasiyası" adlı kitabların təqdimetmə mərasimi keçiriləcək.

SAM-dan SİA-ya verilən xəbərə görə, "İRƏLİ" Tədqiqatlar Mərkəzinin dəstəyi ilə nəşr olunan və Eldar Əmirovun müəlliflik etdiyi kitabda qədim ərəb sivilizasiyasının formalaşması, onun təşəkkül xüsusiyyətləri, həmçinin İslamın gəlişindən əvvəl Ərəbistanda mövcud olan siyasi, mədəni və ideoloji mühit xüsusi tədqiqat predmeti qismində önə çəkilir.

Arif Abdullahın "İslam nöqtəyi - nəzərindən nikah və cinsi həyat" kitabında isə İslamda nikaha girməyin qaydaları məsələlərinə toxunulub.

Bütün xəbərlər Facebook səhifəmizdə