İspaniya Krallığı Deputatlar Konqresinin Xarici Əlaqələr Komissiyasının üzvləri Azərbaycana gələcəklər

İspaniya Krallığı Deputatlar Konqresinin Xarici Əlaqələr Komissiyasının üzvləri Azərbaycana gələcəklər

İspaniya Krallığı Deputatlar Konqresinin xarici əlaqələr komissiyasının sədri Xosep Antonio Duran Yeidanın başçılıq etdiyi nümayəndə heyəti iyulun 26-da Azərbaycana səfərə gələcək. SİA-nın məlumatına görə, səfərin məqsədi iki ölkənin qanunverici orqanları arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaqdır. Səfər çərçivəsində ispaniyalı deputatlar bir sıra görüşlər keçirəcək, Azərbaycanın tarixi-mədəniyyət abidələri ilə tanış olacaqlar.

İspaniya Krallığı Deputatlar Konqresinin üzvləri Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə