Beynəlxalq Gənclər Düşərgəsi “Patriot” 2011

Beynəlxalq Gənclər Düşərgəsi “Patriot” 2011

Gürcüstan Respublikasının Anaklia qəsəbəsində 12-21 iyul tarixlərdə Gürcüstan Gənclər İdman Nazirliyi və LEPL "Uşaq və Gürcüstan Gənclər Mərkəzi" tərəfindən təşkil olunan beynəlxalq gənclər düşərgəsi keçirilib. Bakı şəhəri Gənclər və İdman Baş İdarəsindən SİA-ya verilən xəbərə görə, bu tədbirdə idarənin əməkdaşları Anar Əsədov və Mahrux Şirinova iştirak edib. Tədbirin keçirilməsində məqsəd qeyri-formal təhsil prosesinə gəncləri cəlb etmək, gənclərin emosional və intellektual potensialının artırılması, sosial inteqrasiya, dünyanın bütün gəncləri arasında beynəlxalq dostluq və mədəniyyətlərarası öyrənmə prosesinə onları cəlb etmək, cəmiyyətdə gənclərin fəal iştirakını artırmaq düşərgənin əsas fəaliyyətini təşkil edib.

Düşərgənin mövzusu "Sağlam həyat tərzi" ilə bağlı olub. Beynəlxalq düşərgədə Azərbaycan nümayəndə heyətinin tərkibində 30 nəfər və dünyanın 13 ölkəsini təmsil edən gənclər iştirak ediblər. 17 iyul tarixdə Beynəlxalq günlər çərçivəsində düşərgədə digər ölkələri təmsil edən gənclərin iştirakı ilə "Azərbaycan günü" keçirilib. Tədbirdə Azərbaycan Respublikasını təmsil edən gənclər ölkəmizin mədəniyyəti, tarixi, Xocalı Soyqırımı və torpaqlarımızın ermənilər tərəfindən işğalı haqqında ətraflı məlumat veriblər.

Düşərgə təşkilatçıları tərəfindən gənclər üçün ekskursiyalar təşkil olunub. Ekskursiya çərçivəsində turizm şəhərləri Tbilisi, Batumi və Zugdidini gəzərək Gürcüstan Respublikası haqqında ətraflı məlumatlar əldə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə