\"Halal" kolbasa mifi davam edir. Satış mərkəzlərində "Halal" adı altında sərgilənən müxtəlif çeşidli kolbasa və sosiska məhsullarının tərkibi ilə bağlı müxtəlif söz-söhbətlər dolaşsa da hələ də istehlakçılara bu məhsulların tərkibi ilə bağlı dürüst məlumat vermirlər. Səbəb bəzi müəssisələrin bunu kommersiya sirri ilə izah etməsidir.
Ümumiyyətlə son illər "Halal" sözü əmtəə nişanı kimi mənimsənilərək müxtəlif variantlarda qazanc mənbəyinə çevrilib. Bu gün "Halal" sözünü kolbasa, sosiska istehsalçıları ilə yanaşı bir çox dükanlar da \"istismar edib\". Bu mağazalara daxil olduqda isə orada donuz ətindən tutmuş hər növ spirtli içkilərin satışına rast gəlmək olar.
Müsəlman dininə görə, ətin halal olması üçün bir necə şərtə əməl olunmalıdır. Heyvan sağlam olmalı, kəsilməzdən öncə bismillah deyib üzü qibləyə tutulmalı, dua oxunmalıdır. Boğulmuş, elektrik cərəyanı, küt alətlə və ya hər hansı alətlə öldürülmüş, suda boğulmuş heyvanın əti halal deyil.
Ekspert Rüstəm Məmmədov isə hesab edir ki, \"Halal\" təkcə məhsulun tərkibində donuz piyinin olmamağı ilə səciyyələnmir: "Ətin halal olmasının əsas şərti heyvan kəsən adamın qüsl almış təmiz müsəlman olması, heyvanın üzü qibləyə kəsilməsi, heyvanın saxlandığı yer, həmin obyektdə pak insanlar çalışması, heyvanların qidalandıqları məhsulların halal olmasıdır. Ancaq inandırıcı deyil ki, bu gün satışda olan məhsullardan hər hansının hazırlanması zamanı tələb olunan bu şərtlərə əməl olunsun. Bu gün broylerlərdə saxlanılan toyuq məhsullarını necə halal adı ilə təqdim etmək olar ki, onlar genetik modifikasiya olunmuş (transgen) - GMO soyadan hazırlanmış və tərkibinə hormonal (və ya kimyəvi) boy maddəsi əlavə edilmiş yemlə qidalandırılır. Antibiotiklərin köməyi ilə becərilmiş broyler cücələrinin ətini istehlakçılara \"Halal\" adı ilə təqdim etmək nə dərəcədə düzdür? O da məlumdur ki, bu toyuqların kəsilməsi zamanı heç bir dini amillərə riayət olunmur. Broylerlərdə toyuqlar xüsusi avadanlıqlarda necə gəldi kəsilir".
İlk "Halal\" istehsalçısı "Səhliyalı\"
Paytaxt ərazisində müşahidə apardığımız mağazalarda \"Hovsan - broyler\" fabrikinin quş əti istehsal edən kolbasa və kolbasa məmulatları çoxluq təşkil edir. Satışda həmcinin \"M-T\" firması, \"Səhliyalı\" kiçik müəssisəsi, \"Lider\", \"Təbriz\", Azərbaycan - Almaniya müəssisəsinin toyuq ətindən müştərək hazırladığı \"Halal\", Hacı Turqay adlı iş adamının zəmanət verdiyi \"İftar\", eləcə də \"R-M\" və \"Sab\" firmasının kolbasa və sosiskalarına rast gəldik. Satıcılar \"Halal\" adı altında satılan ət məhsullarına tələbatın böyük olduğunu dedilər: "Daha çox "Sab" firmasının "Halal" məhsulları alınır. Bu kolbasa və sosiskaları dindarlar da alır. Çünki bu məhsulların halal olmasına Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən təminat verilib".
Müşahidəmiz zamanı rastlaşdığımız məqamlardan biri də məhsulların çoxunun üzərində istehsal tarixi, saxlama müddəti, keyfiyyət göstəriciləri, tərkibi və s. bağlı məlumatların olmaması idi.
AİB sədri Eyyub Hüseynovun isə ölkədə ilk dəfə \"Halal\" yarlığı altında qida məhsulunun istehsal və satışına \"Səhliyalı\" kiçik müəssisəsinin başladığını dedi: \"Bu müəssisə ilk dəfə "Halal\" adlı bişmiş kolbasa növünün texniki şərtini hazırlayıb və qeydiyyatdan keçirib. Ancaq \"Səhliyalı\" etiraf edib ki, "Halal" yalnız əmtəə nişanı sayıla bilər. Bu məhsulun halal olmasına zəmanət vermir.
Buna baxmayaraq işbazlar \"Halal\" adı altında kolbasa istehsal edərək möhtəkirliklə məşğul olurlar".
Su ilə yuyulan hər şey pakdır?
Məsələyə münasibət bildirən kolbasa istehsalçıları isə deyilənlərlə razılaşmır. Onlar bəyan edir ki, kolbasa istehsalında istifadə olunan ət istehsalçıların yardımçı təsərrüfatlarından alınır. Ancaq bu təsərrüfatlardan alınan ətlər bəs etmədiyi üçün Hindistan və Braziliyadan gətirilən ətlərdən də istifadə olunur. Bu ətlər isə Baytarlıq Xidmətinin nəzarətindən keçirilir və keyfiyyətinə təminat verilir.
İstehsalçılar onu da bildirirlər ki su ilə yuyulan hər şey pakdır və bu səbəbdən də halal adı altında satılan kolbasalarla bağlı formalaşan mənfi fikirlərin heç bir əsası yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
Sizin reklam yeriniz