Hicran Hüseynova: “Məişət zorakılığına məruz qalan qadınların adlarının mətbuat orqanlarında açıqlanması düzgün deyil”-AÇIQLAMA

Hicran Hüseynova: “Məişət zorakılığına məruz qalan qadınların adlarının mətbuat orqanlarında açıqlanması düzgün deyil”-AÇIQLAMA

"Bu gün də cəmiyyətimizdə məişət zorakılığna məruz qalan qadınlarımız var. Amma məişət zorakılığına məruz qalan qadınların adlarının mətbuat orqanlarında açıqlanması düzgün deyil". SİA-nın xəbərinə görə, bu barədə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, həmin qadınların adlarının mətbuatda açıqlanması onların hüquqlarının pozulması deməkdir. Əslində məişət zorakılığına məruz qalan qadınların hüquqlarını müdafiə etmək lazımdır.

"Azərbaycanda "Məişət zorakılığı haqqında" qanun qəbul edilib və bu qanunun kompleks şəkildə həyata keçirilməsi vacib məsələdir. Məqsədimiz odur ki, bu qanun işləsin və onun tələbləri yerinə yetirilsin. Bu istiqamətdə müxtəlif tədbirlər, dəyirmi masalar keçirir və müzakirələr aparırıq. Biz çalışmalıyıq ki, insanlar hüquqlarının müdafiəsi zamanı hansı halda, necə və hara müraciət etməli olduqlarını, yerlərdə bu qanundan necə faydalanacaqlarını, xüsusilə də məişət zorakılığına məruz qalanlara dövlət tərəfindən hansı formada yardım olunmasını və dövlətin belə hallarda necə kömək edə biləcəyini bilsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə