Hərbi-vətənpərvərlik düşərgəsi təşkil olunacaq

Hərbi-vətənpərvərlik düşərgəsi təşkil olunacaq

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 26-29 iyul 2011-ci il tarixdə Qusar rayonunda "26 iyul- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranması günü" münasibəti ilə "Gənclər Ali Baş Komandanın əmrinə hər an hazırdır" adlı II hərbi-vətənpərvərlik düşərgəsi layihəsi həyata keçiriləcəkdir. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu layihədə Tələbə Gənclər Təşkilatları, qeyri-hökumət təşkilatları və rayon gənclər və idman idarələrinin əməkdaşları iştirak edəcəklər.

Layihənin keçirilməsində əsas məqsəd "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq bəndlərinə uyğun olaraq gənclərlə vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində aparılan işlərin səmərəsinin artırılması, gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması, çağırış yaşlı gənclərin hərbi xidmətə həvəsləndirilməsi, onların hərbi fiziki hazırlığını artırmaq və onları hərbi xidmətə hazırlamaq məqsədilə hərbi-idman oyunlarını vaxtaşırı təmin etmək, asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə