Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeni layihənin təqdimatını keçirib - FOTOSESSIYA
Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) "Xüsusi qayğıya ehtiyaclı ailə, qadın və uşaqların hüquqlaırnın təbliği məqsədilə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin potensialının gücləndirilməsi"adlı layihəyə start verilməsi mərasimini keçirib. SİA-nın xəbərinə görə, layihə iki ildir ki, Avropa İttifaqı ilə birlikdə hazırlanır.
Tədbiri giriş sözü ilə açan Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Nicholas Evangelou Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələrdən, həmçinin Tvininq layihəsinin mahiyyəti barədə danışıb. O bildirib ki, Tvininq layihəsi Avropa İttifaqının Azərbaycanda apardığı əhəmiyyətli işlərdən biri hesab olunur. Onun sözlərinə görə, artıq bir çox dövlət qurumlarında - Ombudsman Aparatı, Parlament və digər qurumlarda bu layihə uğurla həyata keçirilir: "Dövlət qurumlarının işinin təkmilləşdirilməsi sahəsində Tvininq layihəsi həm təcrübə mübadiləsi baxımdan, həm də əhali ilə işin keyfiyyətinin daha da yaxşılaşdırılması baxımından əhəmiyyəti çox böyükdür. Buna görə də inanıram ki, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə fəaliyyətin daha da inkişaf etdirilməsi üçün Tvininq layihəsi məhsuldar olacaq".
Daha sonra çıxış edən AQUPDK-nin sədri Hicran Hüseynova "Layihənin yaranma səbəbi və komitə üçün əhəmiyyəti" barədə məlumat verib. O bildirib ki, layihədə iştirak üçün Avropa İttifaqına üzv dövlətlər arasında tender elan edilib və aparılan seçimlər nəticəsində iştirak ölkə kimi Fransa seçilib. Onun sözlərinə görə, layihə 23 aktiv fəaliyyətdən ibarətdir və hər bir fəaliyyət mərhələsinin nəticələri komitənin sözügedən sahədə potensialını daha da artırmağa xidmət edir. H.Hüseynova vurğulayıb ki, bütün fəaliyyət mərhələlərində gender, uşaq problemləri sahəsində Fransanın bu sahədə böyük təcrübəsi olan ekspertlər iştirak edəcək: "Azərbaycan Avropaya inteqrasiya sahəsində böyük uğurlar əldə edib. Avropa ilə Traseka və s. bu kimi irimiqyaslı, demokratiyanı möhkəmlıəndirən layihələr reallaşdırılıb. İnanıram ki, bu layihə ikitərəfli əməkdaşlığa daha da təkan verəcək. Bu layihə çərçivəsində Avropa Azərbaycanı daha da yaxından tanıyacaq və düzgün informasiyalar toplayacaq".
Tədbirin davamında çıxış edən proyektin lideri Mari Keileri "Layihənin nəticəsi və fəaliyyət istiqaməti", qanunvericilik sahəsində ekspert Fransua Giyot "Məişət zorakılığının qarşısının alınması üzrə milli siyasətin formalaşdırılması üçün qanunvericilikdəki dəyişikliklərin zərurəti", Ailə üzrə nazirliklərarası nümayəndə Sabin Foğkad "AQUPDK və Sosial Rifah üzrə Baş Direktorluğun üzləşdiyi ümumi məsələlər" mövzusunda geniş məruzə ilə çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB