YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsi çərçivəsində gənclərin növbəti dəfə yolasalınma mərasimi keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin "Yay məktəbi" layihəsi çərçivəsində gənclərin növbəti dəfə yolasalınma mərasimi keçirilib. SİA-nın məlumatına görə, gənclər YAP-ın Mərkəzi Aparatının qarşısından avtobuslarla Oğuz istiqamətində yola düşüblər. Layihəni gerçəkləşdirəcək budəfəki qrupa YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev, "Səs" qezetinin baş redaktoru, Səs İnformasiya Agentliyinin (SİA) baş direktoru Bəhruz Quliyev rəhbərlik edir. Eyni zamanda qrupda YAP Gənclər Birliyinin sədri Seymur Orucov da təmsil olunur.
Gənclər proqrama əsasən Oğuzdakı "Afra" oteldə 7 gün istirahət edəcəklər. Layihə çərçivəsində gənclər müxtəlif mühazirələr dinləyəcək, geniştərkibli diskusiyalarda iştirak edəcəklər.
Qeyd edək ki, 7 gün ərzində millət vəkilləri və siyasi xadimlər də gənclərin qonağı olacaq, onları maraqlandıran sualları cavablandıracaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB