Norveçdə ard-arda baş vermiş iki terror aktı nəticəsində azı 91 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb.SİA-nın məlumatına görə, Norveçin paytaxtı Oslo şəhərində hökumət binaları yerləşən məhəllədə avtomobilə yerləşdirilmiş ilk partlayışda 8 nəfər həlak olmuş, xeyli sayda insan yaralanıb. Partlayış nəticəsində ərazidəki binalara ciddi zərər dəyib.
İkinci və daha dəhşətli terror aktı isə Oslodan 20 km qərbdə yerləşən kiçik Utöya adasında sosialist gənclərin təşkil etdiyi düşərgədə baş verib. Polis forması geymiş terrorçu düşərgə rəhbərliyinə Osloda baş vermiş terror aktı barədə gəncləri məlumatlandırmalı olduğunu bildirib. Ətrafına toplanmış gəncləri müxtəlif silahlardan atəşə tutan terrorçu 80-dən artıq insanı qətlə yetirərək çoxlu sayda insanı yaralayıb.
32 yaşlı terrorçu antiterror birləşmələrinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Hadisənin baş vermə səbəbləri hələ də məlum deyil.
Norveç polisi eyni zamanda Utöya adasında partlayıcı maddələr də aşkarlayıb. Norveç Sosial-Demokrat Əmək Partiyasının təşkil etdiyi həmin düşərgədə Norveçin baş naziri və bu partiyanın təmsilçisi Yens Stoltenberq iyulun 23-də gənclər qarşısında çıxış etməli idi.
Norveçin baş naziri Yens Stoltenberq baş vermiş terror aktını milli faciə adlandırmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB