Parlament Jurnalistləri Birliyi və Bakı Dövlət Universiteti “Mətbuat ensiklopediyası” hazırlayacaqlar
Parlament Jurnalistləri Birliyi (PJB) Bakı Dövlət Universiteti (BDU) ilə birgə milli mətbuatımızın tarixinə həsr olunan böyük bir layihənin icrasına başlamaq niyyətindədir.SİA-nın məlumatına görə, "Mətbuat ensiklopediyası" adlanan layihə çərçivəsində çap olunacaq eyniadlı kitabı BDU-nun jurnalistika fakültəsi ilə birgə tərtib etmək nəzərdə tutulub. Kitabda "Əkinçi" qəzetindən başlayaraq ötən əsrdə və çağdaş Azərbaycanda çap olunmuş qəzetlər, onların baş redaktorları barədə məlumatlar əksini tapacaq.
"Mətbuat ensiklopediyası" layihəsi ilə bağlı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi və Parlament Jurnalistləri Birliyi arasında anlaşma sənədinin imzalanması nəzərdə tutulur. Sənədin avqust ayında təsdiq ediləcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB