Burun boşluğu hər gün yuyulmalıdır!

Burun boşluğu hər gün yuyulmalıdır!

Çirklənmiş hava ilə nəfəs aldıqdan sonra burun boşluğunu yumaq lazımdır. SİA-nın məlumatına görə, infeksiya və bərk hissəciklər burunun selikli qişasında yığılaraq tədricən orqanizmə daxil olur. Otolarinqoloqlar bildirirlər ki, burunu da dişlər kimi tez-tez təmizləmək lazımdır. Burun gündəlik yükə tab gətirə bilmir: daxili süzgəclər tənəffüs yolundan keçən infeksiya və tozun qarşısını ala bilmir. Bu da təəccüblü deyildir: böyük şəhərlərdə yaşayan insanlar gündə tənəffüs yolu ilə orta hesabla təxminən beş yüz milyardadək toz zərrəciyi udur. Havanın tərkibində xeyli miqdarda kəsif, yanma məhsulları, işlənmiş qazlar, toz gənələri, göbələk sürfələri, virus və bakteriyalar var.
Avtomobilin salonunda hava yaşayış zonaları ilə müqayisədə yüz dəfə çirklidir. Mənzillər bakteriya və kif göbələkləri ilə qaynaşır.
Burun boşluğunun ilk çəpərində təxminən 60 mikroorqanizm və 90 faiz zərrəcik "yuva salmışdır". Aqressiv komponentlərin bolluğuna düşən lokal immun sistemi hiperaktiv işlədiyi üçün davam gətirə bilmir. Nəticədə allergiyalar əmələ gəlir. Burun süzgəcindən keçən bakteriya və viruslar cəmi 4-8 saat ərzində orqanizmə daxil olur və insan qripə və kəskin respirator virus infeksiyasına yoluxur.
Avtomobillər xüsusən svetoforların yanında qaz verəndə və ya tıxaclarda dayananda təhlükəli olur. Bu zaman havada zərərli qazların konsentrasiyası yüksək olur. Risk qrupuna uşaqlar, ahıllar və xroniki xəstəliklərdən əziyyət çəkən insanlar daxildir. Məsələn, nəqliyyat sistemində və ya avtomobil yollarına yaxın yerlərdə işləyənlər artıq 10 ildən sonra xroniki obstruktiv ağ ciyər xəstəliklərinə tutulurlar.
Otolarinqoloqlar burunu tez-tez yumağı tövsiyə edirlər. Bu çox sadə prosedur infeksiyadan və bərk hissəciklərdən vaxtında qurtulmağa imkan verir.

Bütün xəbərlər Facebook səhifəmizdə