Ali məktəblərin magistraturalarına vakant yerlərin siyahısı “Magistr” jurnalında dərc olunacaq

Ali məktəblərin magistraturalarına vakant yerlərin siyahısı “Magistr” jurnalında dərc olunacaq

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunan 4396 bakalavrdan 461-i daxil olduqları ali məktəbdə qeydiyyatdan keçmədiyinə görə qəbul olunanların siyahısından çıxarılıb. SİA-nın məlumatına görə, qeydiyyatdan keçməyən bakalavrların yeri vakant hesab olunur və magistraturaya boş qalan yerlərlə birlikdə avqustun əvvəllərində həmin yerlərə də qəbul elan ediləcək.

Qeyd edək ki, vakant yerlərin siyahısı gələn həftə "Magistr" jurnalının növbəti sayında dərc olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə