Buxarest Gənclər Təşkilatının vitse-prezidenti: “İki dövlətin gəncləri arasında bir sıra layihələrin həyata keçirilməsində maraqlıyıq”
Rumıniya və Azərbaycan xalqları arasında münasibətlər çox sıxdır. Bu sözləri SİA-ya açıqlamasında Buxarest Gənclər Təşkilatının vitse-prezidenti Andrey Flora deyib. O, eyni zamada Yeni Azərbaycan Partiyasının Gəncələr Birliyinə səfəri təşkil etdiyi üçün öz təşəkkürünü bildirib: "İlk növbədə Yeni Azərbaycan Partiyasının Gəncələr Birliyinə öz təşəkkürümüzü bildiririk ki, bu səfəri təşkil edib və bizi Azərbaycana dəvət ediblər. Hər şey çox yüksək səviyyədə təşkil olunub. Çox heyran qalmışıq. Eyni zamanda çox sevinirik ki, biz bura gəldik. Həmçinin sevindirci haldır ki, bizim xalqlarımız arasında münasibətlər bu dərəcədə sıxdır.
Həmçinin vurğulamaq istərdim ki, Rumıniya prezidenti Trayan Basesku ilə Azərbaycan prezidenti İlham Əliyev arasında dost münasibətləri var. Biz də gənclər olaraq istərdik ki, ölkələrimizin rəhbərləri səviyyəsində mövcud olan dostluğu gənclər arasında formalaşdıraq. Mən əminəm ki, bizim Azərbaycanda səfərimiz çox gözəl keçəcək. Çünki bizim qarşıda bir neçə bölgələrə səfərlərimiz var".
İki dövlətin gəncləri arasında bir sıra layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirən qonaq əlaqələrin genişlənməsinin vacibliyini vurğulıayıb: "Bildiyiniz kimi hazırda Azərbaycan gəncləri ilə Buxarest şəhərinin gəncləri arasında dostluq əlaqələri mövcuddur. Lakin biz regionda olan gənclərin də bu dostluq əlaqələrinin qoşulmasına çalışırıq. Məhz bu səfərimiz zamanı bu istiqamətdə birmənalı olaraq danışıqlar aparacağıq".
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov isə bildirib ki, YAP Gənclər Birliyi beynəlxalq əlaqələrinin genişlənməsi və partiyanın bu istiqamətdə apardığı siyasətin geniş təbliğ olunması üçün böyük işlər görür. O, qeyd edib ki, Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Rumıniyanın Demokrat Liberal Partiyası Gənclər Birliyinin bir qrup nümayəndə heyəti buna bariz nümunədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB