Hikmət Babaoğlu: “Bu gün Azərbyacan mətbuatı özünün qızıl dövrünü yaşayır” - MÖVQE (Səs TV))

Hikmət Babaoğlu: “Bu gün Azərbyacan mətbuatı özünün qızıl dövrünü yaşayır” - MÖVQE (Səs TV))

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlunun SİA-ya müsahibəsi

- Bu gün Azərbaycanda 22 iyul-Milli Mətbuat Günü kimi qeyd edilir. Milli Mətbuat 136-cı ildönümü hansı uğurlarla qeyd olunacaq?

- Bu gün Azərbyacan mətbuatı özünün qızıl dövrünü yaşayır. Azərbaycan mətbuatı tarixində, yəni 1875-ci ildən bu günə qədər heç bir dövrdə Azərbaycan mətbuatı bugünki kim dövlət və ictimai qayğı ilə əhatə olunmayıb. Bu bizim üçün bir şansdır. Azərbaycanın mətbuat tarixində biz çox şanslı nəsilik ki, indiki dövrdə yaşayırıq. Bundan əlavə, ona görə şanslıyıq ki, müstəqil Azərbaycanın müstəqil mətbuatını təmsil edirik. Söz, fikir, düşüncə azadlıqlarının, insan hüquqlarının bərqərar olduğu bir ölkənin vətəndaşları olaraq heç bir senzura, nəzarət olmadan öz fikirlərimizi açıq şəkildə insanlara çatdıra bilirik. Yaradıcılıq imkanları və potensialı heç bir maneə olmadan realizə edə bilirik. Günü-gündən Azərbaycanda jurnalist peşənin nüfuzu artır. Bu bizi qürurlandırılır. İşlərin bu şəkildə olmasına görə əlbəttə ki, müstəqil Azərbaycan mətbuatının böyük hamisi, mətbuatın inkişafında tarixi xidmətlər göstərən, dəfələrlə jurnalistlərin dostu ünvanına layiq görülən ulu öndər Heydər Əliyevə minnətdarıq. Azərbaycan mətbuatı inkişafının indiki mərhələsinə çatması üçün dərin kataklizmlərdən, böhranlardan keçib. Bu inkişaf mərhələsində bir sıra mətbu orqanları sıradan çıxıb. Rəqabətə davamlı, düşünməyi bacaran, fikir istehsal emtəyi bacaran, informasiya ilə işləməyi bacaran, peşəkarlaşan mətbuat bugün Azərbaycan mətbuatının simasına çevrilib.

Ona görə də indiki mərhələdə böyük qürur və fəxarətlə bu bayramımızı qeyd edərik. Eyni zamanda, bu bayram günlərində sevilməli çox səbəblərimiz var. Çünki çox ölkələrdən fərqli olaraq Azərbaycanda mətbuatın inkişafı üçün cənab prezident tərəfindən xüsusi dövlət dəstəyi fondu yaradılıb. Demokratik ölkələrin böyük əksəriyyətində, postsovet ölkələrinin heç birində jurnalistlərin sosial problemlərinin həlli ilə bağlı heç bir prezident sərəncamı olmur. Biz nə xoşbəxt nəsilik ki, bizim bütün qayğı, sosial və maddi problemlərin hamısı prezident İlham Əliyev tərəfindən qarşılanır. Bu ərəfədə ikiqat bayram yaşayırıq. Ayrı-ayrı dövlət orqanları, nüfuzlu təşkilatlar, icra strukturları göstərdikləri fəaliyyətə görə peşə bayramı günündə təltif edir, ruhlandırır. Bütün respublika ictmaiyyəti bundan xəbər tutur və bu bizi ruhlandırır. Bundan əlavə, prezidentin sərəncamı ilə evlərin tikilməsi nəzərdə tutulub. Yaxın günlərdə onun təməlqoyma mərasimi keçiriləcək. Bu da bizi sevindirir. Bütün bunlar nəticə etibarı ilə Azərbaycan jurnalistikasının inkişafına dövlət dəstəyinin bariz nümunələridir. Çox sevinirəm ki, bizim həmkarlarımızın yubileyləri keçirilir. Bu yubileylər həm ictimaiyyətin, həm də dövlətin diqqət mərkəzində olur. Çox nüfuzlu dövlət rəsmiləri bu yubileylərdə iştirak edir, onların əməyini yüksək qiymətləndirir. Bir jurnalist üçün bundan böyük uğur ola bilməz. Bu yüksək ovqat və əhval-ruhiyyə bizi daha da yaradıcı olmağa sövq edir. Amma eyni zamanda, üzərimizə böyük bir məsuliyyət qoyur.

Bu gün Azərbaycan mətbuatının önündə çox böyük vəzifələr və məqsədlər var. Azərbaycan mətbuatının, kütləvi informaisya vasitələrinin digər məqsədi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. İkinci əsas məqsədi dünyada baş verən ictimaiyyətə obyektiv, qərəzsiz, düzgün təqdim etməklə dünyada baş verən hadisələr haqqında obyektiv ictimai fikir formalaşdırmaqdır. Hesab edirəm ki, paralel olaraq hər iki istiqamətdə - Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələlərin dünyaya çatdırılmasında, istərsə də qlobal proseslərin bir növ tərcümanı olaraq onu geniş auditoriyaya çatdıran mətbuat orqanı öz missiyasının öhdəsindən layiqincə gəlir.

- Siz bir qəzet baş redaktoru olaraq, bu günü redaksiya daxilində hansı formada qeyd etdiniz?

- Biz bu məsələni qəzet səviyyəsində müzakirə etmişik. Ənəvi olaraq bu bayramı kollektiv şəkildə qeyd edir və redaksiyanın maddi imkanlarına uyğun oaraq kollektiv üzvlərini mükafatlandırırıq. Ayrı-ayrı qeyri-hökumət təşkilatları, strukturları, biznes mərkəzləri tərəfindən də yüksək qiymətləndirərək ayrı-ayrı həmkarlarımızı müxtəlif şəkillərdə təltif edirlər. Azərbaycanda belə bir mühit var ki, bayram ərəfəsində tam bir bayram əhval-ruhiyyəsi yaşayır. Bunun üçün də biz prezidentimizə, dövlətimizə borcluyuq.

- Bir daha sizin bu gün münasibətilə jurnalistlərə təklif və tövsiyyələriniz...

- Bir daha Azərbaycan Milli mətbuatının 136-cı ildönümü münasibətilə bütün həmkarlarımız təbrik edirəm. Onlara həm yaradıcılıqda, həm də şəxsi həyatlarında uğurlar və müvəffəqiyyətlər olur. Hər şeydən əvvəl Azərbaycanın bütün mətbu ictimaiyyətini Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edirəm. Onlara qələmlərinə, əqidələrinə, mətbuat, mətbuat ənənələrinə sadiq və hörmətli olmalarını arzulayıram.

Bütün xəbərlər Facebook səhifəmizdə