Nazir Fizuli Ələkbərov veteran jurnalistlərlə görüşüb

Nazir Fizuli Ələkbərov veteran jurnalistlərlə görüşüb

Bu gün Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov veteran jurnalistlərlə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə uzun müddət Azərbaycan Dövlət Radiosunda çalışan; əməkdar jurnalist Telman Qarayev, uzun müddət Azərbaycan Ensiklopediyasında rəhbər vəzifələrdə çalışan Arif Hüseynov, uzun müddət Azərbaycan Dövlət Radiosunda çalışan əməkdar jurnalist İlyas Adıgözəlov, uzun müddət "Xalq qəzeti"ndə çalışan Ələsgər Cabbarov, uzun müddət "Bakı-Baku" qəzetində çalışan əməkdar jurnalist Şkufə Tağızadə, Azərbaycan Dövlət Televiziyasının keçmiş əməkdaşı Ofeliya Sənani, "İdman-Azərbaycan" telekanalının baş redaktoru Aydın Əliyev, "Azərbaycan" qəzetinin müxbiri Sadıxlı Flora, İctimai Televiziyanın Musiqi və Əyləncəli Proqramlar Departamentinin müdir müavini Xəlilova Qərənfil və "İki Sahil" qəzetinin bölmə müdiri Qafarov Telman iştirak ediblər.

Öncə nazir bu bayram münasibətilə bütün mətbuat işçilərini təbrik edib və onlara uğurlar arzulayıb. Ulu öndər Heydər Əliyevin milli mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının möhtərəm prezident İlham Əliyev tərəfindən layiqli səviyyədə davam etdirildiyini deyən nazir ötən il milli mətbuatın 135 illiyi ilə əlaqədar, həmçinin jurnalistlər üçün yaşayış binasının inşası ilə bağlı dövlət başçısınin müvafiq sərəncamlar imzalamasını, mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsinə dövlət tərəfindən müntəzəm şəkildə dəstək göstərilməsini milli mətbuata qayğıkeşliyin real ifadəsi olduğunu vurğulayıb.

Sonda nazir Fizuli Ələkbərov onlara nazirliyin diplom və mükafatlarını təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə