Bağ mövsümü ilə əlaqədar bağ evlərinin kirayə qiymətləri durmadan artır. Qiymət artımı həm Bakı ətrafı kəndlərdə, həm də yay aylarında istirahət etmək mümkün olan digər ərazilərdə özünü göstərməkdədir. İstirahət üçün uyqun olan ərazilərin hər yay bu biznesdən yaxşı qazanc əldə edirlər. Bu gün Nabran, Xaçmaz, İsmayılı, Quba, Şamaxı, Qax və s. rayonların sakinləri həyətlərində kirayənişinlər üçün əlavə otaqlar tikir, mənzillər ayırır. Hətta vəziyyətdən səmərəli yararlanmaq üçün öz evini tərk edib müvəqqəti evlərdə yaşayanlar da var.
Bu gün Qubanın Qəçrəş kəndində elə bir ev tapmaq olmaz ki, yay mövsümündə orada kirayənişin olmasın. Bu halın yaxşı tərəfləri olsa da, istirahətə gedənləri narazı salan məqamlar da az deyil. Narazılıqlara əsas səbəb isə, kirayə verilən evlərin qiymətlərinin əhalinin cibinə uyğun olmamağıdır.
Məsələ ilə bağlı apardığımız araşdırma zamanı öyrəndik ki, qiymətlərin ümumi mənzərəsi belə gördük:
Şüvəlanda 5 otaqlı içində hər şəraiti (kondisioner, isti soyuq su, mətbəx, hamam, həyətində ağaclar, besedka, yay mətbəxi) olan ev yay ərzində ayı 2 min manata kirayə verilir.
Bilgəhdə 2 otağı, mətbəxi, hamam otağı, həyətində meyvə ağacları olan ev ayı 700 manata, Novxanıda çimərliyinə yaxın yerdə 3 aylıq ev 3000 manata kirayə verilir. Fatmayidə 1-2-3 otaqlı bağların kirayə qiyməti 500-1000 manat çərçivəsində, villalara isə 1000 manatadır. Mərdəkanda, dənizə yaxın ev kirayələmək isə daha bahadır. Burada kirayə evlərin qiyməti 1000 manatdan 5000 min matata qədərdir.
Nabranda 1 günlük istirahət 20 manatdan başlayır
Öyrəndik ki, Nabranda dənizə yaxın yerdə 2 otaqlı evlərin günü 20 manata kirayə verilir. Hazırda bu ərazidə evlərə tələbat çox olduğu üçün yaxşı şəraiti olan evlər daha baha qiymətə təklif olunur. Belə ki, dənizə daha yaxın olan yerlərdə günü 10 manata evlər də var. Dənizdən uzaq ərazidə isə 5 manata da ev kirayələmək mümkündür. Ancaq hazırda Nabranda qiymətin yüksək olmasına baxmayaraq boş ev tapmam müşkülə çevrilib. Buradakı villaların kirayə qiyməti isə 700 manatdan başlayaraq 4 min manatadəkdir.
Qeyd edək ki, kirayə bazarında dəniz kənarında olan evlərin qiyməti dənizdən kənarında daha baha təklif olunur. Məsələn Novxanı qəsəbəsində, dəniz kənarına yaxın yerlərdə villaların kirayəsi ayda 2500-3500 manatdırsa, dənizdən 500-700 metr aralı mənzilləri 800 manata da kirayələmək olar.
Qiymətlərin yüksək olmasına baxmayaraq kirayə verilən evlərə tələbat durmadan artır. Ancaq istirahətdən narazı qalanlar da var, dincəlmək imkanı olmayanlar da. Nabrandan istirahətdən qayıdan Vüsalə adlı Bakı sakini dənizə yaxın yerdə günü 25 manata 15 gün istirahət etdiyini deyir. Həmsöhbətimiz bu qiymətlə verilən evin yalnız boş otaqdan ibarət olduğu bildirdi: "Otaqda yalnız iki çarpayı qoyulmuşdu. Hətta televizor və soyuducu da yox idi. Buna baxmayaraq yalnız dənizə yaxın olduğu üçün 15 günlük evə 375 manat ödədim". Həmsöhbətimiz Nabranda kirayə evlər tapmaq üçün uzun müddət gözləməli olduğunu və bir ay öncədən sifariş verdiyini dedi.
Rəhman Qurbanov isə ailəsi ilə dincəlmək istəsə də, uyğun qiymətə ev tapa bilmədiyini dedi: "Orta aylıq məvacibim 300-500 manatdır. Bir ay ev kirayələmək aylıq maaşımdan bir necə dəfə çoxdur. Bir aylıq istirahət ümumilikdə 1000-1500 manata başa gəlir. Ona görə də, yayda dincələ bilmirik. Bu gün mənim kimi yüzlərlə insanın istirahət arzusu gözündə qalıb".
Məsələyə münasibət bildirən paytaxt sakinlərindən bəziləri isə bildirdilər ki, bir ay kirayəyə verilən bağın puluna hər hansı xarici ölkədə dincəlmək daha sərfəlidir: "Bu zaman həm xarici ölkəni gəzmək olar, həm yaxşı və mənalı istirahət. Nəzərə almaq lazımdır ki, xarici ölkələrin istirahət mərkəzlərində həm şərait, həm də xidmət bizdən daha yüksəkdir. Bu il qiymətlərin aşağı olacağını gözləsək də, yenə eyni vəziyyətlə üzləşdik".
Yenə o bağ olaydı deyənlərin arzusu ürəyində qalıb
Yeri gəlmişkən onu da deyək ki, hazırda bağ evlərinin nəinki satış, həm də kirayə qiymətində də artım var. Bağ evi almaq istəyənlərin marağın nəzərə alıb bağ evlərinin satış qiymətlərinə ilə də maraqlandıq. Məlum oldu ki, bu gün daha çox tələbat olan Novxanıda bağ evlərinin qiyməti 50-70 min, Qoradildə 70-90 min, Mərdəkanda 40-50 min, Bilgəhdə 60-80 min, Pirşağıda 50-70 min, Maştağada 40-60 min, Fatmaidə 25-30 min, Hövsanda 70-90 min, Zağulbada isə 20-35 min arasındadır.
Ümumi mənzərədən belə qənaətə gəlmək olur ki, bu gün yalnız əhalinin 10-15 faizi yayın istisindən, şəhərin və işin yorğunluğundan kənarlaşıb, dincəlmək imkanına malikdir. Qalanları isə adi qaydada iş həyata yaşayır...

Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
Sizin reklam yeriniz