“Azərbaycan diasporu heç vaxt indiki qədər fəal olmayıb”

“Azərbaycan diasporu heç vaxt indiki qədər fəal olmayıb”

Dünya azərbaycanlılarının Bakıda keçirilən 3-cü qurultayından sonra qürbətdə yaşayan soydaşlarımız daha da fəallaşıb. Bu barədə SİA-nın Ukrayna bürosuna yerli iş adamları bildiriblər.

Zaporojye şəhərində yaşayan iş adamı Tofiq Seyidov qurultaydan sonra xeyli fəallaşdıqlarını deyib: "Biz fəaliyyətimizi yeni müstəvidə qurmağa başlamışıq. Bu gün bütün həmyerlilərimizin bir amalı var. Vətən naminə bir olmaq, düşməni tutarlı faktlarla yerinə oturtmaq. Azərbaycan həqiqətlərini dünyaya çatdırılması üçün bütün imkanlarımızdan istifadə etməliyik. Cənab prezidentin tapşırıq xarakterli çıxışından sonra həmyerlilərimiz bir olmağa və birgə mübarizə aparmağa daha çox üstünlük verir".

Xarkov şəhərində yaşayan həmyerlilərimiz də öz işlərində dönüş yaratmağa başlayıblar. Abbas Cəliloğlunun sözlərinə görə, diaspor heç vaxt indiki qədər fəal olmayıb: "Dünya azərbaycanlılarının 3-cü qurultayından sonra dünyanın hər bir yerində yaşayan azərbaycanlılar kimi Xarkovdakı soydaşlarımız da xeyli fəallaşıb. Biz təkcə ermənilərin çirkin əməllərini ifşa etməklə məşğul olmamalıyıq. Bəzi məsələlərdə onları qabaqlamalı, erməni xislətini dünyaya çatdırmalıyıq. Bu gün dünyada informasiya savaşı daha çox özünü göstərir. Odur ki, biz də mətbuatdan daha çox yararlanmağa başlamışıq"


Əlmaniz Ələkbərli

Bütün xəbərlər Facebook səhifəmizdə