“Azəriqaz” İstehsalat Birliyində növbəti “Açıq mətbuat saatı” keçirilib- FOTO

“Azəriqaz” İstehsalat Birliyində növbəti “Açıq mətbuat saatı” keçirilib- FOTO

Bu gün "Azəriqaz" İstehsalat Birliyində növbəti "Açıq mətbuat saatı" keçirilib. SİA-nın məlumatına görə, bugünkü mövzu təbii qazdan təhlükəsiz istifadə edilməsi barəsində olub.

Bu gün daxil olan zəngləri "Azəriqaz" İB-nin təhlükəsizlik ekologiya və keyfiyyətə nəzarət şöbəsinin rəis müavini Kamal Tarverdi cavablandırıb.

Açıq mətbuat saatı ərzində Xətai, Sabunçu, Binəqədi və digər ərazilərdən şikayətlər telefon zəngi vasitəsi ilə qismən də olsa aradan qaldırılıb.

Tədbirdə iştirak edən İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Tahir Kazımov isə bildirib ki, aprel ayından bu günə qədər 637 sualla müraciət olunub: "Onlardan 82-nə müdaxilə lazım olduğundan sonra cavab verilib. 57 məsələ ilə bağlı vətəndaşlar idarəmizə dəvət olunub".

T.Kazımov həmçinin bildirib ki, əvvəllər təbii qazdan təhlükəsiz istifadə edilməsi ilə bağlı müraciətlər gəlirdisə, son zamanlar daha çox yeni smart tipli sayğacların quraşdırılması ilə bağlı olur.

Smart tipli kartların doldurulmasına gəlincə isə, Beynəlxalq Bankla lazım olan müqavilənin imzalandığını deyən Tahir Kazımov: "Baxmayaraq ki, onlar bizə iyulun 15-nə kimi bankın bütün filiallarında olan ödəmə məntəqələrində kartların dordurulması həyata keçirələcəkdi. Ancaq müəyyən səbəblərə görə bu məsələnin avqustun 1-dən öz həllini tapacağı gölənilir".

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə