Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu 175 ailədə monitorinq keçirib - FOTO

Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu 175 ailədə monitorinq keçirib - FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu "Tibbi Sosial Ekspert Komissiyalarına və Sosial-Təminat Şöbələrinə ictimai nəzarət" layi­hə­sini nəzərdə tutulmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Həkim Əmək Ekspertiza Mərkəzində, TSEK-nın rayon şöbələrində, əhalinin sosial müdafiəsi mərkəzlərində və dövlət sosial müdafiə şöbələrində qarşılıqlı əməkdaşlıq şəraitində monitorinq apararaq aztəminatlı ailələrin pensiya və sosial problemlərin həllinə yaxından köməklik göstərir.

Fondun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 21 iyul 2011-ci il tarixində saat 10.00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Şirvan şəhər Əlillərin Regional Bərpa Mərkəzində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şirvan şəhər ƏSMM-nin müdiri Hənifə İsmayılov, Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin müdiri Çingiz Əhmədov, Şirvan şəhər Mərkəzləşmiş Xəstəxananın baş həkimi Fərhad Səfərov, 33 saylı Sabirabad, Hacıqabul, Şirvan şəhər Regional Tibbi Sosial Ekspert Komissiyasının sədr müavini Əli Cəfərov, Şirvan şəhər Əlillərin Regional Bərpa Mərkəzinin baş həkimi Əyyub Quliyev, Hacıqabul rayon ƏSMM-nin müdiri Xaliq Həsənov, Hacıqabul rayon Dövlət Sosial Müdafiə Fondunun müdiri Hacıağa Qasımov, yerli QHT-lərin rəhbərləri və adı çəkilən idarələrin əməkdaşlarının birgə iştirakı ilə Şirvan şəhərində və Hacıqabul rayonunda keçirilən monitorinqlərin nəticələrinin müzakirəsi ilə bağlı geniş tərkibdə yekun iclas keçirilib.

Fondun prezidenti, Səhiyyədə İctimai Nəzarət Komissiyasının sədri Sərraf Oruc çıxış edərək "Ünvanlı dövlət sosial yardımı haqqında" və "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanunlarının aidiyyəti orqanlar tərəfindən icra olunmasına və aztəminatlı ailələrin tibbi-sosial məsələləri ilə bağlı yaranmış problemlərin həllinə kömək göstərərək adı çəkilən idarələrdə şəffaflığın təmin olunması üçün ictimai nəzarətin gücləndiyini vurğulayıb. O, Şirvan şəhər və Hacıqabul rayon ƏSMM-nin, DSMF-nun və 33 saylı Sabirabad, Hacıqabul, Şirvan şəhər Regional TSEK-ın əməkdaşlarının birgə iştirakı ilə 175 ailədə keçirilmiş monitorinqlərin nəticələrin ilə bağlı yığıncaq iştirakçılarına ətraflı məlumat verib.

Sərraf Oruc ardları çəkilən rayonlarında 450 ailədə monitorinqlər keçirildiyini qeyd edib.

Şirvan şəhər ƏSMM-nin müdiri H. İsmayılov Şirvan şəhərində ünvanlı sosial yardım alan aztəminatlı ailələrin ümumi sayı, onlara ayrılmış vəsaitin ümumi miqdarı və tətbiq olunması haqqında ətraflı məlumat verib.

Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin müdiri Çingiz Əhmədov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmək və digər pensiyalarının artımı haqqında verdiyi son fərmanın tətbiqi və hesablanma qaydaları haqqında yığıncaq iştirakçılara geniş məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

33 saylı Sabirabad, Hacıqabul, Şirvan şəhər Regional Tibbi Sosial Ekspert Komissiyasının sədr müavini Əli Cəfərov çıxış edərək 33 saylı Regional TSEK-də son 6 ayda 204 nəfər uşağın ilkin, 374 nəfər uşağın isə təkrar sağlamlıq imkanlarının məhdud hesab edildiyini və əlillik qrupları üzrə ayrı-ayrılıqda statistik məlumatları söyləyib.

Şirvan şəhər Əlillərin Regional Bərpa Mərkəzinin baş həkimi Əyyub Quliyev, Hacıqabul rayon ƏSMM-nin müdiri Xaliq Həsənov, Hacıqabul rayon Dövlət Sosial Müdafiə Fondunun müdiri Hacıağa Qasımov, yerli QHT-lərin rəhbərləri və müharibə əlilləri, veteranları və şəhid ailələri çıxış edərək sosial problemlərdən danışıb, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu tərəfindən icra edilən "Tibbi Sosial Ekspert Komissiyalarına və Sosial-Təminat Şöbələrinə ictimai nəzarət" layi­hə­sini müsbət qiymətləndirib, dövlətin aztəminatlı ailələrə diqqət və qayğısının günü-gündən artdığını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə