Millət vəkili: “Qadının zəif cinsin nümayəndəsi olması onlara qarşı daha humanist şərait yaradılmasını tələb edir”
\"Qadının zəif cinsin nümayəndəsi olması onlara qarşı daha güzəştli, daha humanist şərait yaradılmasını tələb edir\". SİA-nın xəbərinə görə, bunu millət vəkili Əli Hüseynli deyib. O bildirib ki, bu baxımdan Azərbaycanın həm əmək, həm ailə, həm də cinayət qanunvericiliyi kifayət qədər humanizm mövqeyindədir. Onun sözlərinə görə, daima müzakirəsi aparılan Ailə Məcəlləsində nikahdan öncə tərəflərin nikah müqaviləsi bağlaması və tərəflərin tibbi müayinədən keçməsi barədə müddəalar var. Tibbi müayinənin pulsuz həyata keçirilməli olduğunu deyən Ə.Hüseynli vurğulayıb ki, bu gün tibbi müayinənin praktik həyatda tətbiqinə çox az rast gəlinir.
"Eyni zamanda, cinayət qanunvericiliyimizdə qadınlar üçün bir sıra normalar nəzərdə tutulur. Belə ki, Azərbaycanda ağır və xüsusilə ağır cinayətlərə görə qadınlara ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsini qadağan edir. Qadın hüquqlarının müdafiəsi istiqamətində Milli Məclis tərəfindən məişət zorakılığının qarşısının alınması haqqında qanunun qəbul edilməsini də qeyd etmək lazımdır. Bu da ölkəmizdə qadın və kişi bərabərliyi üçün beynəlxalq dəyərlərdə mövcud olan qanundur", - Ə.Hüseynli bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB