Ombudsman: “Hər kəs kimi hakimin də müstəqilliyinin hüdudu var”

Ombudsman: “Hər kəs kimi hakimin də müstəqilliyinin hüdudu var”

"Ombudsman Aparatı Azərbaycanda ailə-qadın uşaq problemləri üzrə şikayətləri özündə əks etdirir. Ombudsmanın səlahiyyətlərinə görə, onlar dövlət qurumlarının fəaliyyətinə nəzarət edə bilər. Amma ölkə prezidenti, millət vəkilləri və hakimlərin fəaliyyəti bizim səlahiyyətimizdən kənardadır". SİA-nın xəbərinə görə, bunu ombudsman Elmira Süleymanova deyib. O bildirib ki, əgər işlərin icrasında süründürməçilik halları olarsa, digər hallara yol verilərsə əlavə və dəyişikliklər edilə bilər. Onun sözlərinə görə, bütün dünyada belədir ki, hakim müstəqildir. E.Süleymanova bildirib ki, amma hər kəs də olduğu kimi hakimin də müstəqilliyinin hüdudu var. Onun fikrincə, ittihamın obyektivliyi hər bir şeydən üstündür və qanunun aliliyi unudulmamalıdır.

"Azərbaycanda heç vaxt belə bir aşkarlıq olmayıb. Ombudsman olaraq, məhkəmələri ailə problemləri ilə bağlı işlərə baxarkən uşaqların maraqlarını qorumağa çağırıram. Bu proseslərdə ümumi maarifləndirmə işləri aparılmalıdır. Ailə problemlərinin həllinə səmərəli yanaşaraq hansısa həll mexanizmi tapmaq olar. Məhkəmələr ailə problemləri ilə bağlı işlərə baxarkən uşaqların maraqlarını qorumalı, yerli və beynəlxalq normativ aktlara diqqət yetirməlidirlər. Bu işlərə baxılarkən ən çox pozuntular prosedur qaydalarının pozulması, süründürməçilik halları, işlərə vaxtında baxılmaması, məhkəmənin əsassız olaraq şikayətçidən ərizəni qəbul etməməsi, məhkəmə iclasının vaxtı barədə tərəflərin vaxtında məlumatlandırılmamasıdır\", - deyə ombudsman əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə