Həmkarlar İttifaqları Konfederasiyası Milli Mətbuatın 136-cı ildönümü münasibəti ilə media nümayəndələrini təbrik edib
Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (HİK) Milli Mətbuatın 136-cı ildönümü münasibəti ilə media nümayəndələrini fəxri fərman və pul mükafatı ilə təbrik edib. SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən HİK-in sədri Səttar Mehbalıyev mətbuatın yaranma tarixindən söz açıb.
O bildirib ki, ümummilli lider Heydər Əliyev hər zaman mətbuata diqqət və qayğı göstərib: "Hazırda isə ulu öndərin layiqli davamçısı ölkə prezidenti İlham Əliyev də bu siyasəti davam etdirir. Həmkarlar ittifaqlarının tam olaraq formalaşmasında KİV-in xüsusi rolu var. Ən çətin, məsuliyyətli və yaradıcı insanlar məhz mətbuat işçiləridir. Onu da qeyd edim ki, cəmiyyətin formalaşmasında mətbuatın danılmaz xidmətləri olub".
Çıxışının sonunda HİK-in sədri bir daha media nümayəndələrini təbrik edərək mükafatları öz sahiblərinə təqdim edib.
Bugünkü mükafatlanma mərasimində "Azərbaycan", "SƏS", "Yeni Azərbaycan", "İki sahil", "Palitra", "Paralel", "525-ci qəzet", "Bakı xəbər", "Həftə içi", "Şərq", və bir sıra informasiya agentlikləri mükafatlandırılıblar.
Tədbirin davamında bir sıra qəzet redaktorları bu diqqəti xüsusi qiymətləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB