BƏƏ-də fəaliyyət göstərən Azərbaycan icması ABŞ və Fransa prezidentlərinə məktub göndərib

BƏƏ-də fəaliyyət göstərən Azərbaycan icması ABŞ və Fransa prezidentlərinə məktub göndərib

Bu gün Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) fəaliyyət göstərən Azərbaycan icması ABŞ prezidenti Barak Obama, ABŞ Dövlət Departamenti və Fransa prezidentinə məktub göndərib. Bu barədə SİA-ya BƏƏ-də fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov məlumat verib. O bildirib ki, bu müraciətə cavab verəcəkləri barədə məktub alınıb. Məktub müvafiq trəflərə 2 dildə-Azərbaycan və ingilis dillərinde göndərilib.

S.İmanov vurğulayıb ki, müraciətdə qeyd olunur: "Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzünü dayandırmalıdır! Neçə uşaq və günahsız insanlar ölməlidir ki, ABŞ və Avropa ölkələrinin hökumətləri erməni siyasətinin terrorçu və fanatik siyasət olmasını anlasın?

Biz ərəb körfəzi ölkələrində yaşayan Azərbaycan icması erməni terrorçularının qeyri-insani yolla 13 yaşlı Aygün Şahmaliyevanın qətlə yetirilməsini qəti şəkildə pisləyirik. Partlayıcı qurğunun işə düşməsi nəticəsində iyulun 14-də 13 yaşlı Şahmalıyeva Aygun Zirəddin qızı həlak olub, onun 32 yaşlı anası Şahmalıyeva Elnarə ciddi xəsarət alaraq yaralanıb. Partlayıcı qurğu quraşdırılan itəbənzər uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər və Şahmalıyeva Aygün oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman A.Şahmalıyeva oyuncağı masanın üstünə atıb və nəticədə partlayış baş verib.

Oxsar hadisə 1994-cü ildə də baş verib. Ermənilər tərəfindən çaya atılan oyuncaq partlayıb və nəticədə iki uşaq həlak olub və bir nəfər yaralanıb.

Ümid edirik ki, siz və dünya birliyi 2011 ilin mart ayında erməni snayperi tərəfindən 9 yaşli Fariz Bədəlovun faciəli olümünü və erməni terrorçuları tərəfindən həyata keçirilən digər bu kimi terror aktlarını hələ yaxsı xatırlayır. Biz bəzi ərəb ölkələrində nələrin baş verdiyini çox yaxşı anlayır, lakin beynəlxalq ictimaiyyət, ABŞ, Fransa, Böyük Britaniya və Rusiya kimi nəhəng ölkələrin Azərbaycan xalqına qarşi aparılan erməni terrorunun və psixoloji təcavüzunun dayandıra bilməməsinin səbəbləri bizim üçün aydın deyil. Bəlkə orada elə gizli məqamlar və qəsdçilik vardır ki, adi insan ağlı bunları anlamaq iqtidarında deyildir?

Biz bu suallara ən tez zaman ərzində aydın cavab almaq istərdik. Biz bütün dünya xalqlarına və nüfuzlu ölkələrə müraciət edirik ki, ermənilər tərəfindən Azərbaycana qarşı həyata keçirilən terror əməllərinin və təcavüzünün dayandırılmasında Ermənistana təzyiq etsinlər, eləcə də qanunsuz və qeyri-qanuni işğal olunmuş Azərbaycan ərazilərinin geri qaytarılmasını onlardan tələb etsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə