Müşfiq Ələsgərli: “Mətbuat Şurası yaranandan mətbuatın özünü tənzimləmə statusu artıq öz reysinə düşüb” - MÜSAHİBƏ
Mətbuat Şurasının idarə heyətinin üzvü, Jurnalist Həmkərlar İttifaqının sədri Müşfiq Ələsgərlinin SİA-ya müsahibəsi:
- Milli Mətbuatın 136-cı illiyini Azərbaycan mətbuatı hansı uğurlarla və hələ də öz həllini tapmayan problemlərlə qeyd edir?
- Jurnalistləri daha çox maraqlandıran problemlərin həllinə başlanan və başa çatmayan problemlər var. Azərbaycanın dövlət qurumları bütün problemləri diqqətlə araşdırırlar. İndi medianın problemlərinə qlobal baxış mövcuddur və elə uğurumuz da bundan ibarətdir. Əvvəlcə yerli medianın spesfik problemləri olub. 1999-cu ildən Azərbaycanda və dünyada ən liberal konversiya qəbul olunub və 2002-ci ilə qədər bu qanunun təkminləşməsi başa çatıb. 2003-cü ildən sonra Azərbaycan Mətbuat Şurası yaranıb ki, mətbuatın özünü tənzimləmə statusu artıq tam öz reysinə düşüb. Artıq bu gün Azərbaycan mediasını başqa cür təsəvvür etmək mümükün deyil. Əvvəllər siyasiləşmə amili ciddi şəkil almışdı, bu gün isə onun aradan qaldırılması üçün proses başlayıb və KİVDF yaradılıb. Bu dövlət dəstəyi fondunun özünəməxsus konsepsiyaları var. Bu da Azərbaycanda müstəqil informasiya vasitələrinin inkişafına maddi dəstək göstərir, onların maddi texniki bazasının formalaşması, KİV-in müstəqilləşməsi üçün mühüm addımlar atır. KİV-in siyasiləşməsinin bir nömrəli səbəbi onun iqtisadi asılılığı ilə bağlıdır. KİV qurumları özlərinin maddi problemlərini həll edə bilmirlər və bu səbəbdən də hansısa bir qurumun maddi dəstəyini qəbul edirlər, beləliklə də, siyasi asılılıq yaranır. Siyasiləşmənin kökündə də bu amil dayanır. Proses hələ başa çatmadığı üçün müəyyən problemlər mövcuddur.
Jurnalistlərin sosial problemləri ilə bağlı çox ciddi məsələləri var. Jurnalist Həmkarlar İttifaqının sədri olaraq bizim təşkilat 2004-cü ildən etibarən ildə iki dəfə jurnalistlərin sosial durumları ilə bağlı açıqlama verir və jurnalistlərin bütün problemləri burada öz əksini tapır. Əvvəllər sosial problemlərdən danışmaq mümkün deyildi. Çünki media rəhbərləri arasında qara həmrəylik mövcud idi və bu yönlü informasiyaların mediaya buraxılmaması problemləri ortaya çıxırdı. Bu gün jurnalistin gəliri hətta istənilən sıravi vətəndaşların əmək haqqından aşağıdır. Jurnalistlərin redaksiyalarla əmək müqavilələri yoxdur, mənzil problemləri var və həmin problemlərin aradan qaldırılması üçün addımlar atılır. Misal olaraq, 2008-ci ilə nisbətən ölkə jurnalistkasında əmək münasibətləri məsələsi 2011-ci ildə dəyişib. Belə ki, bu gün jurnalistlərin yalnız 17 faizinin əmək müqaviləsi yoxdur, qalan 83 faizinin isə əmək müqaviləsi var. Jurnalistlərin əmək haqqında atrım tempi çox ciddidir. 2008-ci ildə ölkə jurnalistlərinin orta əmək haqqı 150-200 manat civarında olub. Bu gün isə bu rəqəmlər fərqlidir. Yəni hazırda bu göstərici 350-400 manat arasındadır. Azərbayacan mediası qlobal medianın bir tərkib hissəsinə çevrilib və qlobal medianın üzləşdiyi problemlər ortaya çıxır. 1999-cu ildən bu günə qədər təqribən dünyada 1000 nəfər jurnalist məhz peşə fəaliyyətinə görə dünyasını dəyişib. Bu siyahı ilə götürsək Azərbaycan sonuncu yerdədir. Bütün dünyada bu problem var və bəlkə də bu medianın öz fəlsəfəsi ilə bağlıdır. Çünki media həmişə müxalif bir qüvvə kimi çıxış edir. Buna görə də hər zaman təzyiq altında olur. Bu konteksdən yanaşsaq əslində Azərbaycan mediasının durumu bəlkə də daha yaxşıdır.
- Oxucular tərəfindən qəzetlərin alınmasında hələ də problemin olmasını nə ilə əlaqələndirmək olar? Nəyə görə insanlar daha çox internet saytlarına və elektron KİV-ə maraq göstərirlər?
- Bütün bunlar dünyada media sahəsində baş verən proseslərlə bağlıdır. Hər kəs bu texnoloji yeniliklərdən istifadə edir. Bir neçə il bundan qabaq mobil telefondan o qədər də istifadə edilmirdi. Texnoloji sahədə yeniliklər çoxdur, dünyada beynəlxalq jurnalist təşkilatlarını belə bir məsələ narahat edir. Medaianın texnoloji yenilikləri o qədər sürətlə inkişaf edir ki, artıq bu medianın fəlsəfəsini titrətməyə başlayıb. Artıq klassik media müsair media texnologiyalarına uyğunlaşa bilir. Texnologiya ideyanın arxasınca getməlidir və o ideyanın çatdırılmasına xidmət etməlidir. Texnologiyanın sürətlə inkişaf etməsi ideyaların ona cavab verə bilməməsinə gətirib çıxarır. Hər bir redaksiyanın modernləşdirilməsi və yeni texnoligiyanın tətbiq olunması bir problemə çevrilir. Bizim lokal problemlərimiz də var. Misal olaraq, çap mediasının əhaliyə çatdırılması problemləri var. Jurnalist təşkilataları qeyd edirlər ki, dünyada ümümi göstəricilər var. Hər bir ölkədə təqribən min nəfər əhaliyə bir köşk olmalıdır. Ayrı-ayrı jurnalist təşkilatları monitorinq keçiriblər və nəticədə təqribən 5 min oxucuya bir köşk düşür. Kənd və rayon yerlərində ümumiyyətlə, bu köşk məsələsi yoxdur. Əsas oxucu kütləsi daha çox şəhər və qəsəbələrdə toplaşan əhalidir. Yayım az olduqda maddi-texniki bazaya təsir göstərir. Digər bir problem də reklam məsələsi ilə bağlıdır. Bütün bu problemlərin həll olunması ilə bağlı Mətbuat Şurası ümumi təkliflər paketi hazırlayıb və ölkə rəhbərinə təqdim edib. Təkliflər paketində təqribən aşağıdakılar nəzərdə tutulub. KİV redaksiyaları bütün vergi tiplərindən azad olsun, KİV-ə reklam verilməsi məsələsi yeniləşirilməli və bu məsələni stimullaşdırmaq üçün ölkədə reklam şurası qurulmalıdır. Təqribən model belədir. Bütün dövlət qurumları KİV-ə verəcəkləri reklam və elanları həmin şuraya təqdim etməli və şura tirajını nüfuzunun reklamını bütün ölkə KİV-i arasında yaymalıdır ki, bu reklamdan hər kəs faydalansın.
- Mətbuat Şurası 22 iyul Milli Mətbuat günü münasibəti ilə "Ali media" mükafatını təsis edib. Bu mükafatın kimlərə və hansı formada verilməsini bilmək olar?
- Bu məsələ ilə bağlı ad çəkə bilmərəm. Çünki burada sürpriz məsələsi olacaq. 22 iyulda KİVDF ilə Mətbuat Şurasının ümumi keçirəcəyi tədbirdə adlar açıqlanacaq. "Ali media" mükafatı artıq iki ildir ki, təqdim olunur. Ötən il mükafat təsis olunanda Mətbuat Şurasında çox ciddi müzakirə getdi və kimlərə verilməsi məsələsinə gəlincə isə yaşlı jurnalist təbəqəsinə veriləcəyi nəzərdə tutulub. Onlar nəinki müasir medianın yaranmasına, həm də medianın Azərbaycanın dövlət marağından çıxış etməsi, medianın qanunvericilik bazasının formalaşması üçün medianın maraqlarından çıxış etməsininin ənənəsinin yaratmış adamlardır. Ona görə də Mətbuat Şurası nəzərdə tutdu ki, bu mükafat o adamlara verilsin ki, həmin jurnalistlər Azərbaycanın dövlət marağından çıxış ediblər və medianın milli ənənələr üzərində köklənməsinə stimul veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB