Qəzet redaksiyaları Mətbuat Gününü necə qeyd etməyə hazırlaşır? - SORĞU

Qəzet redaksiyaları Mətbuat Gününü necə qeyd etməyə hazırlaşır? - SORĞU
Milli mətbuatın 136 illiyinin ilə münasibətilə hər il müxtəlif tədbirlər keçirilir, mükafatlandırma mərasimləri təşkil olunur. Bəs görəsən mətbuat günü redaksiyalarda necə qeyd olunacaq.
Qəzet redaksiyaları ilə əlaqə saxlayıb bir il ərzində əldə etdikləri uğurlar, gələcəkdə nəzərdə tutulan layihələr və milli mətbuat gününü necə qeyd edəcəkləri ilə maqlandıq.

"525"-ci qəzetin baş redaktoru Rəşad Məcid SİA-ya bildirdi ki, yazılı mətbuat iqtisadi baxımdan çətin dövr yaşadığı üçün Mətbuat günü redaksiya daxilində qeyd olunmayacaq: "22 iyul Milli Mətbuat Günü münasibətilə Mətbuat Şurası ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu saat 19.00-da "Min bir gecə" restoranında birgə tədbir keçirəcək. Tədbirdə fondun elan etdiyi jurnalist müsabiqəsinin qalibləri mükafatlandırılacaq, 10 nəfərə isə "Ali Media Mükafatı" təqdim olunacaq. Yaxşı olardı ki, dövlət tərəfindən keçirilən bu tədbirlərə nazirliklər, özəl sirkələrdə də qoşulsun və onlar da media işlilərinin peşə bayramını yüksək səviyyədə qeyd etmələrinə yardımçı olsunlar".
R.Məcid mətbuat günü münasibəti ilə mətbuat nümayəndələrini təbrik etdi, onlara yorulmamağı, həvəsdən düşməməyi arzuladı.

"Üç nöqtə" nin əməkdaşları da təmtəraqdan uzaq olacaq

"Üç nöqtə" qəzetinin redaktor müavini Şahin Əliyev də bildirdi ki, redaksiyanın mətbuat gününü təmtəraqlı qeyd etmək imkanı yoxdur: "Ancaq redaksiya daxilində ənənəyə sadiq qalaraq media gününü qeyd olunacaq". Redaktor müavini mətbuat işcillərinə indən sonra da qayğının artırılmasının onların fəaliyyətinə müsbət təsir göstərəcəyini dedi: "Mən Sovet dövründən mətbuatda işləyirəm. O dövrdə jurnalistlər üçün həvəsləndirici mükafatlar verilir, dövlət tərəfindən ev verilirdi. Jurnalistlərə cəmiyyət arasında hörmət olunurdu. Son illər dövlət tərəfindən görülən işlər nəticəsində jurnalistlərə diqqət və qayğı artıb. KİVDF tərəfindən keçirilən müsabiqələr, jurnalistlər üçün evin tikintisi, mükafatlar verilməsi yaxşı haldır. İstərdik ki, mətbuata olan bu qayğı daha da artırılsın, jurnalistlərin maddi durumunun yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin sayı artsın.


"Mərkəz" beynəlxalq aləmə çıxmağa hazırlaşır


Mərkəz.az informasiya agentliyinin baş redaktoru Səbuhi Abbasov isə agentlikdə baş verən yeniliklərdən danışdı: "Son bir ayda saytımız tamamilə yenilənib və bu günlərdə mərkəz.tv.az internet televiziyası fəaliyyətə başlayıb. Çalışırıq ki, ictimaiyyətə yeni, operativ məlumatlar catdıraq. Reytinq saytlarının nəticələri göstərir ki, buna nail ola bilmişik. Milli Mətbuat günündə bu işdə daha çevik, operativ, öz işi ilə seçilən jurnalistlər redaksiya daxilində mükafatlandırılacaq. Bəzi əməkdaşlarımıza isə müxtəlif təşkilatlar tərəfindən mükafatlar təqdim olunacaq". Nəzərdə tutulan layihələr haqda da məlumat verən S.Abbasov mətbuatın özünün özünü maliyyələşdirmə dövrünün çatdığını da dedi: "Dünya mətbuatı özünü beynəlxalq müsabiqələrdə, layihələrdə iştirak edərək udduğu qrant vüsətləri hesabına maliyyələşdirir. Məsələn bu gün Ermənistan qəzetlərinin çoxu xarici qrantların hesabına nəşr olunur. Onlar MDB fəaliyyət göstərən xüsusi fonda layihələr verməklə hər dəfə 100-150 min dollar qrant alırlar. Biz niyə həmin layihələrdə iştirak etməyək. Mərkəz qəzeti artıq bu layihədə iştirak etmək üçün müraciət edib. Ümid edirik ki, bu layihədə qalib gəlməklə uğurlarımız sırasına birini də əlavə edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə