Asif Əsgərov: “Dövlət Bayrağı Meydanı ərazisindəki binalardan köçürülən insanlara verilən kompensasiya hər kvadrat metrə 1500 manatdır”

Asif Əsgərov: “Dövlət Bayrağı Meydanı ərazisindəki binalardan köçürülən insanlara verilən kompensasiya hər kvadrat metrə 1500 manatdır”
Bakının Səbail rayonunda yerləşən Dövlət Bayrağı Meydanı ərazisindəki binalarda yaşayan sakinlərin köçürülməsinə başlanıb və bu proses bu gün də davam edir. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərin suallarını cavablandıran Səbail rayon İcra Hakimiyyətinin (RİH) başçısı Asif Əsgərov məlumat verib. O bildirib ki, Aqil Quliyev və Fəthi Xoşginabi küçələrindəki binalarda yaşayan sakinlərə müəyyən normativlərə uyğun olaraq kompensasiya verilir və ya onlar başqa ərazilərə köçürülür. "Köçürülərkən onlara müəyyyən normativlərə uyğun olaraq müəyyən edilən kompensasiya verilməsi, yaxud mənzillə təmin olunması təklif edilir. Dövlət Bayrağı Meydanı ərazisindəki binalardan köçürülən insanlara verilən kompensasiya hər kvadrat metr üçün 1500 manatdır. Bəzən insanlar köçürülən zaman daha çox maliyyə tələb edirlər. Düzdür, insanların istəyi yaxşıdır, amma bu da gərək normalara uyğun olsun. İnsanların istəklərinə baxmayaraq, həmin ərazidə yaşayan insanların köçürülməsi zamanı onlara müəyyyən normativlərə uyğun olaraq müəyyən edilən kompensasiya veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə