İyulun 19-u saat 18 radələrində Nobel prospektində Zahid Kazımov idarəetməni itirərək "Toyota" markalı avtomobillə yolun əks istiqamətinə keçərək Tural Xasıyevin idarə etdiyi "Mersedes" markalı avtomobillə toqquşub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nəticədə "Toyota" markalı avtomobilin sərnişini Mikeladze Georgiy Kobaviç hadisə yerində ölüb, "Mercedes" markalı avtomobilin sərnişinləri Mahirə Paşayeva və Yeganə Xasıyeva xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB