Türkiyənin Etimesgut bələdiyyəsinin nümayəndə heyəti Şirvan şəhərinin qonağı olub - FOTO

Türkiyənin Etimesgut bələdiyyəsinin nümayəndə heyəti Şirvan şəhərinin qonağı olub - FOTO

Türkiyənin Etimesgut bələdiyyəsinin 15 nəfərdən ibarət nümayəndə heyəti Şirvan şəhərinə gəlib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Etimesgut bələdiyyəsi internet vasitəsi ilə Azərbaycanın şəhər və rayon bələdiyyələri haqqında məlumat əldə edib. Şirvanın sənaye və potensial imkanlarının zəngin olmasını biləndən sonra yerli şəhər bələdiyyəsi ilə "Qardaşlıq" əlaqələri qurmağı qərara alıblar. Odur ki, 16 iyul tarixdən nümayəndə heyətinin Bakıdan başlayan səfəri bu gün Şirvan şəhərində davam edib. Şirvan şəhərinin nümayəndələrinin müşaiyəti ilə paytaxtdan gələn qonaqları ictimaiyyət nümayəndələri şəhərin girişində yüksək qonaqpərvərliklə qarşılayıblar.

Qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər, önündə xatirə şəkili çəkdiriblər. Heydər Əliyev muzeyi ilə tanış olan türkiyəli qonaqlar adından nümayəndə heyətinin rəhbəri Ələddin Sonat xatirə kitabına ürək sözlərini yazıb. Sonra Şirvan şəhər İcra Hakimiyyətində görüş olub. Qonaqları salamlayan Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov şəhərin yaranma tarixindən, coğrafi mövqeyindən, iqtisadiyyatı, sənayesi, təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələr barədə dolğun məlumat verib. Şirvanın təməlinin qoylmasında və inkişafında ümummilli lider Heydər Əliyevin xidmətləri və bu gün Prezident İlham Əliyevin bu yolu davam etdirməsindən danışan M.Camalov ölkə başçısının son 5 ildə şəhərə 5 dəfə səfər etməsindən danışıb.


Şirvan şəhərinin energetika, neft sənayesində ölkə ərazisində önəmli yeri olduğunu deyən icra başçısı qardaş ölkənin bələdiyyə üzüvlərini Şirvan şəhərində görməyindən məmnun olduğunu bildirib. Qonaqlar adından Etimesgut bələdiyyəsinin yardımçısı Ələddin Sonat icra başçısı M.Camalova və yerli bələdiyyə sədrinə onlara göstərilən doğma münasibətə görə təşəkkürünü bildirib.


Şirvana gəldikləri andan ulu öndər Heydər Əliyevin "Bir millət iki dövlət" kəlamının həqiqətən yaşadığını və dəyər veridiyini bildirib. Ələddin Sonat Etmesgut bələdiyyəsinin başqanı və nümayəndə heyəti adından Şirvan şəhər rəhbərliyini Türkiyəyə dəvət edib.


Tədbirlər bu gün və sabah davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня