“Ermənistan bütün dünyanın gözü qarşısında insanlıq əleyhinə vəhşilik aktlarını törətməkdə davam edir”

“Ermənistan bütün dünyanın gözü qarşısında insanlıq əleyhinə vəhşilik aktlarını törətməkdə davam edir”

Tovuz rayonunun Əlibəyli kənd sakini Şahmalıyeva Aygün Zirəddin qızının Ermənistan tərəfindən törədilən vandalizm aktı nəticəsində həlak olması ilə bağlı Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşəbbüsü ilə İğdır Əsilsiz Erməni Soyqırımı İddialarıyla Mücadilə Dərnəyi, Alman-Azərbaycan Cəmiyyəti, Finlandiya-Azərbaycan Asossasiyası birgə bəyanat yayıb.

BDM mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bəyanatda deyilir: "200-il bundan əvvəl başlayaraq kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülmüş ermənilər "böyük Ermənistan" xülyasını reallaşdırmaq məqsədilə Azərbaycan ərazilərində zaman-zaman terror aktları törətmişlər. Öz dədə-baba yurdlarında etnik təmizləmə və soyqırım siyasətinə məruz qalan yüz minlərlə Azərbaycan türkü erməni daşnakları tərəfindən kütləvi surətdə qətllərə məruz qalmış və yaşadıqları ərazilərdən deportasiya olunub. Bütün bunların nəticəsi olaraq Ermənistan tərəfindən Azərbaycan Respublikasının 20 faiz ərazisi işğal edilib, minlərlə günahsız insan, o cümlədən uşaqlar xüsusi qəddarlıqla qətlə yetirilib. Təəssüflər olsun ki, Dağlıq Qarabağ və ətraf rayonların işğalı zamanı erməni qəsbkarları tərəfindən uşaqlara qarşı dəfələrlə zorakılığın edilməsi, uşaqların amansızlıqla və işgəncələrlə öldürülməsi və girov götürülməsi kimi insanlığa sığmayan əməllərinə beynəlxalq ictimaiyyət tərəfindən hələ də lazımi qiymət verilməmişdir. 1994-cü ildə atəşkəs haqqında razılığın əldə olunmasına baxmayaraq Ermənistan tərəfindən bu razılığa əməl olunmur, atəşkəs rejimi müntəzəm pozulur, nəticədə Azərbaycan tərəfindən həm hərbi qulluqçular, həm də mülki vətəndaşlar qətlə yetirilir.

Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistanın törətdiyi vandalizm aktı nəticəsində 13 yaşlı Şahmalıyeva Aygün Zirəddin qızı həlak olmuşdur. Azərbaycanın rəsmi qurumları ilə yanaşı biz diaspor təşkilatları və QHT-lər olaraq bu vandalizm aktını beynəlxalq ictimaiyyətin diqqətinə geniş şəkildə çatdırmaq niyyətindəyik. Bu, Ermənistanın azyaşlı uşaqlara qarşı törətdiyi ilk vandalizm aktı deyil.


Bir neçə il bundan əvvəl həmin ərazidə Ermənistan tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayış baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdır. Bundan əlavə bu il mart ayının 8-də Ermənistan silahlı qüvvələri işğal etdiyi Ağdam rayonu ərazisində Orta Qərvənd kənd sakini 9 yaşlı Fariz Bədəlovu öz evinin həyətində oynayan zaman snayperlə hədəfə alaraq qətlə yetirmişlər. Bu dəfəki hadisə isə Ermənistanın günahsız, azyaşlı uşaqları qətlə yetirməyə yönələn məqsədyönlü siyasətinin bariz nümunəsidir. Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun həmsədrləri başda olmaqla, beynəlxalq təşkilatların Ermənistanın törətdiyi bu cür vandalizm aktlarına qarşı heç bir tədbir görməməsi, laqeyd münasibət göstərməsinin nəticəsidir ki, Ermənistan bütün dünyanın gözü qarşısında bu cür insanlıq əleyhinə vəhşilik aktlarını törətməkdə davam edir.


Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu həmsədrləri, habelə beynəlxalq təşkilatlar bu hadisəni kəskin pisləməli, hadisənin törədilməsində təqsirli olanların cəzalandırılmasını tələb etməlidir. Bu hadisəyə görə rəsmi İrəvana qarşı ciddi təsir və təzyiq mexanizmləri tətbiq edilməlidir. Əks halda Azərbaycan hökumətini hərbi əməliyyatları bərpa etməyə və işğalçı Ermənistana layiq olduğu cavabı verməyə çağırırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com