“Qarabağ gündəliyi” toplusunun 5-ci sayı çapdan çıxıb

Qarabağ Azadlıq Təşkilatının (QAT) ənənəvi olaraq nəşr etdirdiyi "Qarabağ gündəliyi" toplusunun 5-ci sayı çapdan çıxıb. QAT Mətbuat Xidmətindən SİA-ya verilən xəbərə görə, toplunun bu sayında son 6 ay ərzində Qarabağ ətrafında cərəyan edən hadisələr, Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların gedişi, dövlət rəsmilərinin, beynəlxalq təşkilatların, ekspertlərin fikirləri, atəşkəs rejiminin pozulması statistikası və digər məsələlər əks olunub. Rusiyanın təşəbbüsü ilə üçtərəfli görüşlərin keçirilməsinə, bu görüşlərdə qoyulan məsələlərin həqiqi mahiyyətinin açılmasına, erməni terrorçuluğu və vəhşiliklərinin konkret faktlarla ifşa edilməsinə, işğalçı Ermənistana qarşı müharibəni labüd edən amillərin göstərilməsinə xüsusi fikir verilib.

Toplu ictimai kitabxanalara, ali təhsil məktəblərinə, dövlət qurumlarına, ictimai, siyasi təşkilatlara pulsuz olaraq paylanılır. Arzu edənlər toplunun növbəti sayını QAT-ın mərkəzi ofisində pulsuz əldə edə bilərlər. İnternet istifadəçiləri toplunun elektron versiyasından karabakh-doc.azerall.info saytında istifadə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə