Rusiya Gəncləri İctimai Palatasının nümayəndələri “İRƏLİ” Gənclik Mərkəzinin qonağı olublar

Rusiya Gəncləri İctimai Palatasının nümayəndələri “İRƏLİ” Gənclik Mərkəzinin qonağı olublar

İyulun 18-də Rusiya Gəncləri İctimai Palatasının nümayəndələri "İRƏLİ" Gənclik Mərkəzinin qonağı olublar. İctimai Palatanı Rusiyada fərqli sahələrdə təhsil alan və fərqli təşkilatlarda fəaliyyət göstərən gənclər təmsil edirdi. "İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Vəfa Rüstəmovanın SİA-ya verdiyi xəbərə görə, ilk öncə qonaqlar mərkəzlə tanış olublar. Daha sonra dəyirmi masa ətrafında davam edən görüşdə qonaqlara "İRƏLİ" İctimai Birliyi haqqında təqdimat həyata keçirilmiş və təqdimat ətrafında müzakirələr aparılıb.

Sonda qonaqlara "İRƏLİ" İctimai Birliyi adından xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, Rusiya Gəncləri İctimai Palatasının nümayəndələri Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəvəti ilə iyul ayının 24-dək Azərbaycanda səfərdə olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə