Vüqar Rəhimzadə: “Ötən gün cənab prezidentin imzaladığı sərəncam təkcə mənə deyil, bütün redaksiyamıza verilən yüksək qiymətdir”-MÜNASİBƏT
\"3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenin mənə verilməsinə görə cənab prezidentə ürəkdən təşəkkür edirəm\". Bu barədə SİA-ya ötən gün cənab prezidentin sərəncamı ilə milli mətbuatın inkişafındakı səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilən "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. O bildirib ki, ölkə prezidenti hər zaman mətbuat işçilərinə diqqət, qayğı göstərib.
"Cənab prezidentin imzası ilə mənə 3-cü dərəcəli ordenin verilməsi mənim üçün çox böyük bir hadisədir. Mənim həyatımda bunlar unudulmaz hallardır. Buna görə də bir daha öz təşəkkürlərimi bildirirəm. Bu təkcə mənə deyil, bütün redaksiyamıza verilən yüksək qiymətdir. Biz də bir qəzet, redaksiya olaraq bundan sonra da çalışacağıq ki, var gücümüzlə Azərbaycan dövləti, dövlətçiliyi yolunda bir fərd, vətəndaş olaraq əlimizdən gələni edək ki, ölkəmiz daha qüdrətli olsun. Çalışmalıyıq ki, möhtərəm prezidentimizin apardığı işlərdə harda olmağımızdan asılı olmayaraq biz də yardımçı olaq", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB